vaxtlı-vaxtında oxuyun! Şənbə, 22 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MEDİA-QHT  
22:27 | 12 aprel 2014 | Şənbə Məqaləyə 1187 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İTV-də danışmaq qadağası

Cahangir Məmmədlini dediyinə peşman etdilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Cahangir Məmmədlinin Aktual.az saytına «Yaxın gələcəkdə siz Əli Kərimlini də, İsa Qəmbəri də İTV-nin efirində görə biləcəksiz» açıqlaması ölkə mediasında gündəm mövzusuna çevrildi. İTV-nin Cahangir Məmmədliyə cavabı gecikmədi: «Yaxın gələcəkdə siz Əli Kərimlini də, İsa Qəmbəridə İTV-nin efirində görə biləcəksiniz qənaəti Cahangir Məmmədlinin öz fikridir».

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az verilən açıqlamada dolayısıyla Yayım Şurası sədrinin səlahiyyətləri çərçivəsində telekanalda söz sahibi olmadığına işarə edilib.

Heç müxalifət də Cahangir müəllimin fikirlərini ciddiyə almayıb. Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu musavat.com-a bildirib ki, bu fikirlər İTV rəhbərliyi səviyyəsində həll olunan məsələ deyil.

AXCP sədrinin müavini Razi Nurullayev İTV-də müxalifətə yer verilməsi kimi fikirlərə inanmadığını bildirib: «Açığı mən bu fikirlərin reallaşacağına inanmıram. Amma Cahangir Məmmədlinin ola bilsin ki, belə bir istəyi var. Mən deyə bilmərəm ki, bu fikirləri başqa mənada deyib. Hazırda baş verən proseslər, müxalifətə olan münasibət, bundan əlavə, İTV-nin müxalifətə qarşı yürütdüyü siyasət tamamilə bu fikirlərin əksini düşünməyə əsas verir».

Yayım Şurasının sədrinin açıqlamasından doğan ajiotajla bağlı Cahangir Məmmədlinin mövqeyini öyrənmək qərarına gəldik. O, dünən zəngimizi cavablandıraraq saytımıza açıqlamasında təhrifə yol verilmədiyinə görə əməkdaşımıza minnətdarlığını bildirdi və rektorla görüşdükdən sonra suallarımızı cavablandıracağını qeyd etdi. Amma dünən Cahangir müəllimin rektorla görüşü uzun çəkdiyindən zənglərimizi açmağa imkanı olmadı. Uzun illərin pedaqoqunun bu «punktuallığı» səhəri gün də davam etdi və bu dəfə o, zəngimizə cavab vermədi və sonunda telefonu qapatdı.

Cahangir Məmmədlinin bu susqunluğunun səbəbi Aktual.az-a bəlli olub. Yayım Şurasının sədri sayta verdiyi açıqlamaya görə, qanunla bir çox səlahiyyətlərdə ona tabe olan baş direktor Cəmil Quliyev tərəfindən qınanıb.

Məlumatda bildirilir ki, Cəmil Quliyev Yayım Şurasının sədrinə müxalifət barəsində açıqlamalar verərkən telekanalın strateji yönünü düşünərək ehtiyatlı olmağı tapşırıb. Hətta o, daha da irəli gedərək bu məsələ ilə bağlı Cahangir Məmmədliyə mətbuata danışmağı qadağan edib.

Mövzuya qayıdacağıq...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *