vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 14 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9245 AZN
1 Rusiya rublu 1 RUB = 0.0252 AZN
1 İngilis funt sterlinqi 1 GBP = 2.1972 AZN
1 Türk lirəsi 1 TRY = 0.3109 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
12:58 | 10 iyun 2018 | Bazar Məqaləyə 562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Tramp verdiyi sözü yerinə yetirmədi”

Putin: “İş burasındadır ki, belə variantlar heç kimlə keçmir”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rossiya” telekanalının “Vesti v subbotu” (Şənbə xəbərləri) verilişinin qonağı olmuş Rusiya prezidenti Vladimir Putin aparıcının daxili və xarici siyasətə aid bir sıra suallarına cavab verib.

Virtualaz.org xəbər verir ki, bu gün axşam efirə gedəcək müsahibədə aparıcı Vladimir Putinə Trampla gələcək görüşü barədə sualla müraciət edib. Xatırladaq ki, “The Wall Street Journal” qəzeti ABŞ tərəfinin belə bir görüşə hazırlaşdığını bildirib.

“Bu, lap əvvəldən müzakirə edilirdi. Trampın Amerika prezidenti seçildiyi vaxtdan. Biz də öz növbəmizdə cavab verirdik ki, bu cür şəxsi görüşlər nəinki mümkündür, həm də lazımdır. Biz ABŞ prezidenti ilə müxtəlif tədbirlərdə görüşmüşük. Əlbəttə, belə görüşlərdə ikitərəfli münasibətlərə toxunmaq asan olmur. Ümumilikdə, belə görüşün keçirilməsini faydalı hesab edirəm. Söhbət yalnız ondan gedir ki, Birləşmiş Ştatlarda daxili siyasi vəziyyət belə görüşün keçirilməsinə imkan yaratsın”, - Putin deyib.

Mümkün görüşdə əldə olunacaq razılıqların həyata keçirilməsinin nə dərəcədə real olub-olmaması məsələsinə aydınlıq gətirən Rusiya prezidenti deyib: “Trampla ünsiyyət təcrübəmə əsaslanaraq deyə bilərəm ki, xüsusilə son dövrlərdə beynəlxalq miqyasda və iqtisadiyyat sahəsində atdığı addımlar çox tənqid olunsa da, Tramp düşünən insandır, o dinləməyi və həmsöhbətinin irəli sürdüyü arqumentlərə reaksiya verməyi bacarır. Bunlar mənə belə deməyə imkan verir ki, dialoq konstruktiv ola bilər”.

“Almaniya və Fransa dövlət başçıları ilə çox mehriban görüşlərdən təxminən iki həftə sonra Tramp Avropa ölkələrinə qarşı çox kəskin iqtisadi addımlar atdı. Amerikalıların buna bənzər “isti” münasibətindən sonra Trampın sizə qarşı hər hansı şərt irəli sürəcəyindən qorxmursunuz ki? Yoxsa belə variant sizinlə keçməz?” sualına Putin cavab verib: “İş burasındadır ki, belə variantlar heç kimlə keçmir. Dövlət başçıları arasında münasibətlər sivil olmalıdır. Lakin bu o demək deyil ki. hər hansı dövlət başçısı öz ölkəsinin maraqlarına cavab verən qərarları qəbul etməməlidir. ABŞ-da verilən qərarlara müxtəlif cür münasibət bəsləmək olar, tənqid etmək olar. Doğrudan da, orada bir çox şeylər tənqid edilməlidir. Lakin dediyim şərtlər var. Tramp seçki kampaniyası dövründə verdiyi vədləri yerinə yetirir”.

“Bircə istisna ilə: Rusiya-Amerika münasibətlərini yaxşılaşdırmağa da söz vermişdi”, - aparıcının bu replikasına Putin belə reaksiya verib: “Bəli, bircə vəd – Rusiya ilə münasibəıtlərin yaxşılaşdırılması. Ümidvaram ki, bu da olacaq. Hər halda, biz buna hazırıq. Hesab edirəm ki. top meydançanın Amerikaya aid tərəfindədir”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *