vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SAHİBKARLIQ  
13:26 | 10 iyun 2018 | Bazar Məqaləyə 2562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əcnəbi biznesmen Bakıda lüks hotel alıb

Küveytli iş adamı Qəbələdə də iş qurmağı planlaşdırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Kuveytli səhmdar Bakıda yerləşən “Monolit Plaza” lüks hotelini alıb. Bunu “Trend”ə vəziyyətlə tanış olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, hotelin yaxınlarda adı dəyişdirilə bilər: “Ümumilikdə, investor Qəbələdə yeni hotel və ticarət mərkəzi tikməyi planlaşdırır. O, həmçinin, Bakıda torpaq sahəsini icarəyə götürüb”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ölkə ərazisində xarici vətəndaşlara torpaq sahələrini almağa imkan vermir və yalnız icarəni nəzərdə tutur. Əcnəbilərə kənd təsərrüfatı istehsalı üçün icarəyə götürülən torpaq sahəsinin maksimum icarə müddəti 10-15 ildir, digər məqsədlərlə götürülən sahələrə - 99 il.

Daha öncə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edib ki, ərəb investorlar Azərbaycanda turistik daşınmaz əmlaka marağı artırıblar. Ağakərimov deyib ki, onların diqqətini təkcə Bakı deyil, həmçinin regionlar da cəlb edir.