vaxtlı-vaxtında oxuyun! Cümə, 14 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9322 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1445 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3173 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SƏNƏTÇİ  
12:39 | 13 iyun 2018 | Çərşənbə Məqaləyə 1545 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təzadlı obrazlar yaradan sadə insan

Xalq artisti Həsənağa Turabovun xatirəsi yad edildi

İyunun 8-də Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktyoru, Xalq artisti Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunan tədbir keçirildi.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondu ilə birgə hazırlanan tədbirdə aktyorun sənət yolunu əks etdirən fotosərgi də nümayiş olundu.

Muzeyin direktoru Sevinc Mikayılova tədbiri açaraq aktyorun həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Həsənağa Səttar oğlu Turabov 24 mart 1938-ci ildə Bakıda dünyaya göz açıb. 1960-cı ildə Azərbaycan İncəsənət İnstitutunu (indiki ADMİU) aktyorluq ixtisası üzrə bitirib və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində çalışıb.

Qeyd olundu ki, H.Turabov bir sıra ekran əsərlərində maraqlı obrazlar yaradıb. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı isə tamaşaçılar tərəfindən maraqla qarşılanan və ən yaddaqalan rolu olub. Onun digər uğurlu rolu “Babək” filmindəki Afşin obrazıdır. Görkəmli sənətkarın “Axırıncı aşırım”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da diqqəti çəkir. Sənətkar  1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti adlarına layiq görülüb. 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2003-cü ildə vəfat edib.

Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətov unudulmaz aktyorun yaradıcılıq yolundan söz açdı. Qeyd etdi ki, Həsənağa Turabov çox xarakterik sənətkar idi. Ən çox sevdiyi rollarından biri “Dantenin yubileyi” filmində yaratdığı Kəbirlinski obrazı olub. O, kinonu da teatr qədər sevirdi. Afşin (“Babək”), Gəray bəy (“Yeddi oğul istərəm”) obrazları təzadlı rollar olsa da, sənətkarlıq baxımından yaddaqalandır.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev aktyorun sənət dünyasından danışdı. Bildirdi ki, Həsənağa Turabov fitri istedadı və zəhməti sayəsində öz üslubunu yaradan sənətkar olub. Rol aldığı səhnə və ekran əsərləri teatr və kinematoqrafiyamızın nailiyyətləri sırasında yer tutub.

Əməkdar incəsənət xadimləri – kino tədqiqatçısı Aydın Kazımzadə, teatrşünas Aydın Talıbzadə, xalq artistləri Eldar Quliyev, Rafiq Əzimov, Hacı İsmayılov və kinorejissor Əbdül Mahmudov sənətkarın həyat verdiyi obrazların dolğunluğundan danışıb xatirələrini bölüşdülər.

Çıxışlar arası sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olundu.

Sonda sənətkarın ailəsi adından oğlu Yalçın Turabov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür etdi.

Savalan FƏRƏCOV


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *