vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SOSİAL  
21:24 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 3519 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bazarlarda erməni kartofu?

Düşmən ölkədən gətirildiyi iddia olunan tərəvəz yerli məhsuldan iki dəfə ucuz satılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Hər həftənin şənbə və bazar günləri Bakının müxtəlif rayonlarında kənd təsərrüfatı mallarının yarmarkası keçirilir. Dünən Xətai rayonu, Məzahir Rüstəmov küçəsində təşkil olunmuş yarmarkada alıcılar kartofun qiymətinin bahalığından şikayətlənib.

Şikayətlərə etiraz edən satıcılar ucuz, Ermənistandan gətirilmiş kartofları təklif ediblər. Alıcıların sözlərinə görə, Ermənistandan gətirildiyi iddia edilən kartoflar standart ölçülü və sarı rəngdə olub. Eyni zamanda yerli kartofdan 2 dəfə ucuz olub.

Qeyd edək ki, istehlak bazarında yerli kartofun qiyməti 1.20 qəpik, Türkiyə kartofunun qiyməti 1 manat, Ermənistandan gətirildiyi iddia edilən kartofun qiyməti isə 60 qəpikdir.