vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ASİYA  
12:48 | 18 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2574 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin qızının erməni ortağı tutuldu

Gülnarə Kərimovanın əri ilə Qayane Avakyanı nə birləşdirir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistan xüsusi xidmət orqanları prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın yaxın ətrafına daxil olan daha bir neçə şəxsi həbs edib.

Virtualaz.org saytı Orta Asiya qaynaqlarına istinadən xəbər verir ki, həsb olunanlar Gülnarənin «sağ əli» hesab edilən erməni Qayane Avakyan, Rüstəm Madumarov və Yekatrina Klyuyevadır. Onlar Gülnarə Kərimovaya məxsus olan və vergidən yayınmaqda, digər iqtisadi cinayətlərdə ittiham olunaraq bağlanan şirkətlərin işi üzrə cinayət işi çərçivəsində həbs ediliblər.

Həbs olunanlardan Rüstəm Madumarov Gülnarənin vətəndaş nikahında olan əri hesab olunur və mağazalar şəbəkəsini idarə edib. 2013-cü ilin payızında onu bir dəfə saxlayıb dindirmişdilər.

Erməni Qayane Avakyan isə G.Kərimovanın İsveç telekommunikasiya şirkəti «TeliaSonera»dan yüz milyonlarla dollar rüşvət alması işində əsas fiqurantlardan biridir. İsveç prokurorluğu onun bank hesablarına və əmlakına həbs qoyub.

Xatırladaq ki, ötən ilin sentyabrından Özbəkistan xüsusi xidmət orqanları prezidentin qızının şirkətlərini bağlayıb, adamlarını həbs edib, özünü isə faktiki ev dustağı edib. G.Kərimova isə ona qarşı təqiblərə Twitter vasitəsilə atasının hakimiyyəti, anası və kiçik bacısı Lola, onun əri barədə ifşaedici məlumatlar yaymaqla cavab verirdi.

Lakin bu ilin yanvarından G.Kərimova ilə atası arasında «müharibə» nisbətən səngimişdi. G.Kərimova yazmışdı ki, atası ilə barışıb və yeni incəsənət layihələri üzərində işləyir.