vaxtlı-vaxtında oxuyun! Cümə, 19 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9550 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2267 AZN
Türk lirəsi 1 TRY = 0.3042 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:04 | 10 avqust 2018 | Cümə Məqaləyə 419 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağlagəlməz bahalaşma

Türkiyədə dolların məzənnəsi 6 lirəni keçdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə dəqiqə öncə Türkiyə birjalarında TRY/USD nisbəti 6,01-ə çatıb. Türkiyədə dolların durmadan bahalaşdığı bir vaxtda prezident Rəcəb Tayyib Ərdoğan məmləkəti Rizəyə səfər edib və xalqı “təmkinli olmağa” çağırıb. “Bizə qarşı müxtəlif kampaniyalar aparılır. Bu kampaniyalara qulaq asmayın. Onların dollarları varsa bizim də xalqımız, haqqımız, Allahımız var”, - Ərdoğan deyib.

BBC-nin iqtisadiyyat üzrə müxbiri Endryu Valker Türkiyədəki vəziyyətlə bağlı yazır ki, ölkənin maliyyə bazarlarında yaşanan son hadisələr həyəcan təbili çalmağa əsas verir. Türk valyutası lirə, ilin əvvəlindən bəri ABŞ dollarına münasibətdə dəyərini 30 faizdən çox itirib. Fond birjası 17 faiz və ya bəzi xarici sərmayədarların düşündüyü kimi dollarla hesablasaq, 40 faiz aşağı enib.

Bazarlarda izlənilən digər ölçü hökumətin borc xərclərinə münasibətidir. Yerli məzənnə üzrə 10 illik kreditin illik faizi artıq 18-ə bərabərdir. Hətta dollarla borc almaq belə bahadır: 7 faiz.

Türkiyənin beynəlxalq ticarətdə kəsiri mövcuddur. Ölkədə idxalat ixracatdan daha çoxdur. Və ya başqa sözlə, qazandığından daha çox xərcləyir. Bu kəsir ya xarici investisiya, ya da borc vasitəsilə maliyyələşdirilə bilər. Əslində bu nə qeyri-adi, nə də təhlükəli olmamalıdır. Lakin Türkiyənin kəsiri olduqca böyükdür: ötən il bu, milli gəlir və ya ÜDM-dən 5,5 faiz  çox olub.

Türkiyənin xarici borcunu daha da həssas göstərən iki xüsusiyyət də var. Birincisi, yaxın gələcəkdə ödənilməli yüksək dərəcədə borc mövcuddur. Maliyyə bazarlarının təbirincə desək, borc yenindən maliyyələşdirilməlidir. Kredit reytinq agentliyi “Fitc”h, Türkiyənin bu il üçün ümumi maliyyə ehtiyaclarının 230 milyard dollar olduğunu təxmin edir.

İkincisi, əksər türk şirkətləri borclarını xarici valyuta ilə götürüblər. Milli valyuta aşağı düşərsə - ki bu, artıq baş verib - borcları ödəmək daha da bahalaşacaq. Məzənnənin zəifliyi Türkiyədəki inflyasiya problemini də kəskinləşdirir. Zəif lirə idxalın bahalı olacağı mənasına gəlir.

Mərkəzi bankın inflyasiya hədəfi 5 faizdir. Bir il əvvəl inflyasiya 10 faiz göstərici ilə hədəfdən ikiqat yuxarı olub. O vaxtdan bəri vəziyyət daha da qarışıb və qiymətlər illik 15 faiz  şəklində yuxarı qalxır.

Maliyyə bazarları sərmayəçiləri də prezident Ərdoğanın iqtisadi siyasəti ilə bağlı narahatdırlar və görünür ki, təzyiq ölkənin mərkəzi bankı üzərində cəmlənir.İnflyasiyanı azaltmağa çalışan mərkəzi bank üçün açıq-aydın siyasət variantı mövcuddur - artan faiz dərəcələri.

Bu isə inflyasiyanı iki yolla cilovlaya bilər. Evdəki tələbatı azaldaraq və Türkiyədəki maliyyə xeyrini artırıb sərmayədarları lira almağa həvəsləndirərək. İkinci halda məzənnə güclənər və idxal xərcləri azalar. Türkiyə mərkəzi bankı bənzəri bir neçə addım atsa da, heç biri problemə uzunmüddətli təsir edə bilməyib.

Bazarları narahat edən məsələ prezidentin hamıya tanış və bir çox iqtisadçıların azməlumatlı adlandıracağı yüksək faizə qarşı əks münasibətidir. O, özünü yüksək faiz dərəcəsinin düşməni sayır.

Nəticədə sərmayəçilər mərkəzi bankın məzənnəni stabilləşdirmək və inflyasiyanı nəzarət altına salmaq niyyətinə inanmırlar. Əksinə onlar, Türkiyədə maliyyə aktivlərinə qarşı daha diqqətli olmağa başlayırlar. Etibarı sarsıdan başqa bir məqam Türkiyənin Birləşmiş Ştatlar ilə gərgin münasibətləridir.

Türkiyə amerikalı yevangelist bir pastoru həbs edib və ölkələrin Suriya barədə yanaşmaları da müxtəlifdir. Bundan əlavə, ABŞ Türkiyənin inkişaf etməkdə olan ölkələrin ABŞ bazarına rüsumsuz girişini təmin edən proqrama uyğunluğunu hələ nəzərdən keçirir.

Türkiyə eyni zamanda, ABŞ-da baş verən hadisələrdən də risk altındadır. Federal Ehtiyat faiz dərəcələrini artırmağa davam edir və bu da investorların inkişaf etməkdə olan bazarlardakı pulu geri götürməsinə səbəb olur. Təsir bir o qədər hiss olunmasa da, Türkiyə kimi başqa problemləri olan ölkələr üçün bu, potensial kəskinləşdirici faktorlardandır.

Lakin bəzi hallarda Türkiyə iqtisadiyyatının son vəziyyəti qənaətbəxş görünür. 2001 (BVF-nun xilasa yetdiyi ölkənin sonuncu iqtisadi böhranı) və 2009-cu ildən (qlobal iqtisadi böhrandan sonra) başqa, əsrimizin hər ilində ölkənin iqtisadiyyatı böyüyüb. Bəzi illərdə inkişaf kifayət qədər güclü olub.

İşsizlik son dərəcə yüksək olsa da, - son rəqəmlər 9.9% göstərir - iqtisadiyyat nisbətən stabil olub. Əsrin əvvəlində ölkənin yaşadığı iqtisadi böhran ilə müqayisədə bir mühüm ayrılıq var: 2001-ci ildən fərqli olaraq, məzənnə hədəfi yoxdur.

O zaman məzənnə bazarlarındakı təzyiq Türkiyəni hədəfləri buraxmağa məcbur edirdi. İndi isə heç bir məzənnə asılılığı olmadığına görə, lirənin qiymətsizləşdirilməsinə yol verilib.Yeri gəlmişkən, kredit reytinqi agentliyi “Moody”-ə görə, xərclər və vergi siyasəti sayəsində iqtisadi inkişaf, davamlı olmayan şəkildə daha da çiçəklənib.Seçki dövrünü nəzərə alsaq, uzunmüddətli inkişaf üçün siyasətlərin bir qırağa qoyulduğunu görərik.“Fitch” isə kəskin yavaşlama və hətta tənəzzülün artımı mənasında iqtisadiyyatın zəifləmə riski xəbərdarlığını edir.

 

*   *   *

 

Bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 5,73 lirəyə çatıb. Hazırda məzənnə 5,72 TL təşkil edir.

Türkiyə mətbuatı yazır ki, qardaş ölkədə avronun məzənnəsi 6,63 lirə, ingilis funt sterlinqin məzənnəsi isə 7,35 lirə olub.

Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *