vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
15:35 | 15 avqust 2018 | Çərşənbə Məqaləyə 2293 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Narahatam”

“Dünyanı idarə edən ailənin” ən yaşlı üzvü bazarları şərh etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya iqtisadiyyatına istiqamət verdiyi söylənən ailələrdən biri olan Rotschild ailəsinin ən yaşlı üzvü Yakob Rotşild (Jacob Rotschild) qlobal maliyyə sistemi ilə bağlı narahat olduğunu bildirib.

Dünyanı idarə edən ailələrdən biri olduğu tez-tez nəzəriyyəçilər tərəfindən dilə gətirilən, ABŞ Mərkəzi Bankının təsisçilərindən Rotşild ailəsinin ən yaşlı üzvü Yakob Rotşild qlobal maliyyə sistemi ilə bağlı narahat olduğunu deyib.

Yakob Rotşild, 11 Sentyabrda və 2008 maliyyə böhranında dünyanın bütün gücləri ümumi bir məqsəd üçün çalışdılar. Bu gün bir yerdə işləmək çox çətindir, bu, İkinci Dünya Müharibəsindən sonra qurulan iqtisadi sistemi təhlükəyə atır, - deyib.

Rotşild bazarlarda 10 ildir ki, görülən rallinin (qiymətlərin yüksəlməsinin ) sona çata biləcəyini deyib.

Məşhur investor, “10 illik müsbət dövran sona çatır. Bu müddət bir rekorddur. Aşağı iqtisadi inkişaf  rəqəmləri görürük. Faizlər yüksəlir. FED dolların “kranını” bağlayır” deyib.

Rotşild dünya hökumətlərinin bir yerdə işləmək əzmini göstərməməsinin baş verən iqtisadi çətinlikləri artıracağını qeyd edib.

Rotşild ailəsi 18-ci əsrin sonlarından başlayaraq Avropanın müxtəlif mərkəzlərində banklar yaradan yəhudi mənşəli alman bir ailədir. Ailənin tarixin ən böyük sərvətini yığdığı iddia edilir.