vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
22:32 | 17 avqust 2018 | Cümə Məqaləyə 1282 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Nə olacağını görəcəyik”

Tramp Türkiyəni pis hədələdi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp, keşiş Endryu Bransonu həbs etdiyinə və sərbəst buraxmadığına görə Türkiyəni bir daha hədələyib.

Tramp, “Bizim insanımızı bizdən ala bilməzlər, ona görə nə olacağını görəcəyik. Çox uzun müddət əvvəl geri verməliydilər. Məncə, Türkiyə çox pis davrandı. Daha bu iş bitmədi. Oturub bunu qəbul etməyəcəyik, ona görə nə olacağını görəcəyik”, şəklində danışıb.

Keşiş Bransonun vəkili onun azad edilməsi üçün 3-cü dəfə məhkəməyə müraciət etmiş, məhkəmə müraciətləri rədd etmişdir.

Tramp dünən də “Twitter”dən keşiş Endryu Bransonın həbsdə qalmasını tənqid etmiş və Türkiyə ilə münasibətləri azaldılacaqlarını demişdi.

“Türkiyə uzun illər ABŞ-dan istifadə etdi. İndi, ölkəmizi böyük bir vətənpərvər olaraq təmsil edən və möhtəşəm biri olan keşiş Bransonu həbsdə saxlayırlar. Günahsız bir adamın sərbəst buraxılması üçün heç nə verməyəcəyik, güzəştə getməyəcəyik. Əksinə, Türkiyə ilə münasibətlərimizi azaldırıq”, - ABŞ Prezidenti, yazmışdı.

Dünən və bu gün ABŞ-dan gələn açıqlamalar ilə əlaqədar olaraq Dollar yenidən 6 lirədən bahadır.