vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
09:24 | 31 avqust 2018 | Cümə Məqaləyə 1683 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Argentina dərəcələri 60-a qaldırdı

Peso 11.5 faiz dəyər itirəndən sonra

Argentina Mərkəzi Bankı, faiz dərəcəsini 1500 bənd artıraraq 60 faizə qaldırıb. Argentina Mərkəzi Bankı bu həmlə ilə dünən rekord səviyyədə ucuzlaşmış milli pul vahidi Pesonu dəstəkləməyi hədəfləyir.

Peso, çərşənbə günü Dollar qarşısında 11.5 faiz dəyər itirərək 38.2 səviyyəsindən əməliyyat olunub.

Artan iqtisadi böhran səbəbilə Argentina, Beynəlxalq Valyuta Fondundan (BVF)  ölkəyə verilməsi planlaşdırılan kreditinin daha tez sərbəst buraxılmasını tələb etmişdi. Bu xəbər investorları narahat edib. İnvestorlar hesab edirlər ki, Argentina borclarını ödəməyə bilər.

Argentina pesosu il əvvəlindən bu yana dollar qarşısında 40 faiz dəyər itirməsi ölkə yeni bir iqtisadi böhran yaşayır.

BVF Argentinanın tələbi ilə ölkəyə 50 milyard dollar borc verilməsini nəzərdə tutan 3 illik “stand-by” müqaviləsini iyun ayında rəsmən təsdiq edib.

Qeyd edək ki, 1 Argentina pesosu 0.044 Azərbaycan manatına bərabərdir.