vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
22:06 | 31 avqust 2018 | Cümə Məqaləyə 1936 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Köçəryan Sərkisyanı da bitirir

Əsas rıçaqlar birincinin əlindədir

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın xələfi Serj Sərkisyanın ünvanına ittihamlar səsləndirməsi ölkə mətbuatının əsas müzakirə predmetinə çevrilib.

Köçəryanın müsahibəsində Sərkisyanın Konstitusiya islahatlarının tərəfdarı olmadığını qeyd etməsi ciddi mesaj hesab olunur.

“Mən hələ o vaxt bu islahatların ictimai tənqidi ilə çıxışlar etdim. Və təbii ki o (Serj Sərkisyanı nəzərdə tutur) baş nazir kreslosuna oturaraq hakimiyyəti saxlamağa çalışmamalı idi”, – deyə Köçəryan bildirib.

Modern.az saytının məlumatına görə, Ermənistanın nüfuzlu 1in.am analitik portalı yazıb ki, hazırda ölkədə keçmiş siyasi komandaların mübarizəsi başlayır.

Əslində Robert Köçəryanın müsahibəsi sübut etdi ki, o, Sərkisyanla münasibətlərini aydınlaşdırmaq üçün praktiki olaraq siyasətə daxil olur.

Sərkisyan-Köçəryan qarşıdurmasının tarixi 10 il bundan əvvələ qədər gedib çıxır. Erməni ekspertlər düşünür ki, bu mübarizədə Köçəryanın mövqeləri daha əlverişli olub.

Ermənistanın baş naziri Nikol Paşinyanla mübarizədə əsas rıçaqlar hazırda Köçəryanın əlindədir.

Köçəryan Paşinyan hakimiyyətə gələnə qədər nəzərəçarpacaq aktivlik nümayiş etdirməyib, sanki o, Sərkisyanın məğlubiyyətini gözləyirdi.

Görünür, Koçaryan son on illiklərdə öz perspektivi üçün ssenarilər qurub. Hazırda Sərkisyan da Koçaryanın rəqibi sayılır, amma Paşinyandan narazı elektoratı birləşdirən əsas mərkəz Köçəryandır.

Qeyd edək ki, bundan əvvəl Koçaryanın Ermənistandakı Rusiya yönümlü elektoratı öz ətrafına yığacağı bildirilirdi. Həmçinin Gürcüstanın eks-prezidenti Mixayıl Saakaşvili də payızda Rusiyanın Paşinyanın qarşısına oliqarxlardan ibarət bir ordu çıxaracağını söyləyib.