vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
11:55 | 26 sentyabr 2018 | Çərşənbə Məqaləyə 2569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mən özüm də bilmirəm”

Ərdoğan amerikalı rahib haqda ...

Əvəz ZEYNALOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ev həbsinə məhkum edilmiş rahib Endrü Bransonun taleyinə aydınlıq gətirib.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan özünün bir prezident kimi qarışmaq hüququnun olmadığı üçün Bransonun taleyinə müstəqil məhkəmənin baxacağını bildirib.

“Bu şəxs terror təşkilatı ilə əlaqələrinə görə həbs edilib. Oktyabrın 12-də məhkəmə olacaq və mən onun nə qərar qəbul edəcəyini bilmirəm. Belə hallarda siyasətçilər qərar verə bilməzlər. Məhkəmə sistemi müstəqildir” – agentliyə müsahibəsində Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, İzmirdə fəaliyyət göstərən ABŞ vətəndaşı rahib Endrü Branson FETÖ və PKK kimi terror təşkilatları ilə əlaqələrdə ittiham olunur. İttihamçı tərəf onun üçün 35 il həbs cəzası istəyir.

Qeyd edək ki, bu hadisə ilə əlaqədar ABŞ və Türkiyə arasında onsuz da yaxşı olmayan münasibətlər bir az da gərginləşib. ABŞ tərəfi Bransonun azad edilməsini və ölkəsinə geri göndərilməsini tələb etdiyi halda, Türkiyə tərəfi də əvəzində FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini istəyir.