vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
16:54 | 4 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1547 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyan 5 saat dindirildi

Eks-prezident 10 nəfərin ölümündə günahlandırlır

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 10 nəfərin ölümü, 250 nəfərin yaralanması ilə nəticələnmiş 1 mart 2008-ci il hadisələri ilə əlaqədar dindirilib.

Serj Sərkisyan Xüsusi İstintaq Komitəsində 5 saat ifadə verib.

Lakin Xüsusi İstintaq Komitəsində bu məlumatı şərh etməkdən imtina ediblər. İddia edilib ki, Sərkisyanın dindirilməsi davam etdiriləcək.

Qeyd edək ki, 2008-ci ildə prezident seçkilərindən sonra Levon-Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımaqdan imtina ediblər və etiraz aksiyaları keçiriblər. Onlara qarşı döyüş silahları tətbiq olunub. Bu qanlı hadisənin təşkilatçıları və icraçılarından heç kim indiyə kimi cəzalandırılmayıb.

Onu da qeyd edək ki, S.Sərkisyan 2008-2018-ci illərdə Ermənistan prezidenti olub.