vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 fevral 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
16:01 | 7 fevral 2019 | Cümə axşamı Məqaləyə 286 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran Əfqanıstandan nə istəyir?

Tehranin “nə yardan doyur, nə əldən qoyur” siyasəti

“Əl-Cəzirə”

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban” arasında Qətərdə keçirilən danışıqlar uzunmüddətli barışıq üçün ehtiyatlı nikbinlik yaradıb. Xəlilzad “Twitter”-də yazıb: “Həyati əhəmiyyətli məsələlərdə irəliləyişlər əldə etdik, hər şey razılaşdırılmalıdır”. “Hər şey” – Əfqanıstan daxilində dialoq və hərtərəfli atəşkəsi özünə daxil edir.

“Reuters”in məlumatına görə, potensial sülh müqaviləsinin imzalanması 18 ay sonra xarici qüvvələrin Əfqanıstanı tərk etməsini nəzərdə tutur. “Əl-Qaidə” və İŞİD Əfqanıstan ərazisindən ABŞ və onun müttəfiqlərinə qarşı hücumlar təşkil etmək istədikdə, “Taliban” bunun qarşısını almalıdır.

Amma boşluğun necə doldurulacağını və xüsusilə Əfqanıstanın qonşuları – İran və Pakistanın post-çəkiliş mühitində oynayacağı rol müəmmalıdır. Pakistan ümumən Əfqanıstanda Hindistanın artan nüfuzuna görə “Taliban”ı ideoloji cəhətdən etibarlı və hərbi cəhətdən möhkəm şəkildə dəstəkləsə də, şiə İranın sünni qruplaşması ilə əlaqəsi olduqca mürəkkəbdir. Bu çətinliyin bir hissəsi ABŞ-a ümumi müxalifətə köklənib ki, bu da Tehranı Əfqanıstan hökuməti və eyni zamanda, “Taliban”ı dəstəkləməklə, qeyri-populyar “hecinq strategiyası” (“hedging strategy” - iqtisadiyyatda riskdən qorunma və ya riskləri minimuma endirmə üsullarından biridir) siyasətini həyata keçirməyə vadar edir. Zəruri hallarda İran onları bir-birlərinə qarşı qoyur.

 

Tehran-“Taliban” rəqabəti

 

İslam Respublikası və “İslam Əmirliyi”nin (“Taliban” özünü belə təsvir etməyi üstün tutur) məzhəbi və ideoloji fərqlərindən başqa, geosiyasi rəqabətin acı tarixi var.

1996-cı ilin sentyabrında “Taliban” döyüşçüləri Kabilə nəzarəti ələ keçirib, Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri – İranın bütün regional rəqibləri tərəfindən tanınmış Əfqanıstan İslam Əmirliyini təsis edib. İki il sonra, 1998-ci ilin avqustunda “Taliban” bütün Əfqanıstan ərazilərinə nəzarətini genişləndirmək üçün İranın kömək göstədiyi “Şimali İttifaqı” – keçmiş müdafiə naziri Əhməd Şah Məsudun rəhbərlik etdiyi hərbi blokla mübarizə apararkən, Məzari-Şərifdə İran konsulluğuna hücum edilib, 10 diplomat və İran dövlət xəbər agentliyinin müxbiri öldürülüb.

Diplomatların öldürülməsi ilə əlaqədar şok keçirən və qəzəblənən Tehran Əfqanıstan sərhədinə sayı on minlərlə olan qoşun yeridib, amma son nəticədə Şərq qonşusuna hücum etməyib. Daha sonra qətliamı Pakistan ordusu və kəşfiyyatı ilə sıx əlaqəsi olan anti-şiə terror təşkilatı “Sipahe-Səhabə” üzvlərinin törətdiyi bildirilib.

Pakistan nüvə qabiliyyəti İran liderlərini Əfqanıstanda İslamabad dəstəkli “Taliban” qüvvələrinə qarşı hərbi müdaxilədən çəkindirib. Lakin üç illik strateji çəkinmə və səbrdən sonra İran sentyabrın 11-də baş vermiş terror hücumları ilə yaranmış fürsəti əldən buraxmayıb və 2001-ci ilin sonunda “Taliban” hökumətini devirmək üçün “Şimali İttifaqı” – ABŞ-ın koalisiyasını əvəzsiz hərbi və kəşfiyyat yardımı ilə təmin edib.

Həmin ildən etibarən Tehran “Taliban”ı Əfqanıstanda ABŞ-ın səylərini ləğv etmək üçün strateji bir vasitə kimi istifadə etməyə çalışır.

2017-ci ilin sentyabrında Əfqanıstan milli ordusunun baş qərargah rəisi Şərif Yaftali BBC-yə eksklüziv müsahibəsində təsdiqləyib ki, Kabilin Qərbi Əfqanıstanda “Taliban”a İranın silah və avadanlıqlar verdiyinə dair sübutları var. Bölgədəki əyalət səlahiyyətliləri də bənzər şərhlər veriblər. Eyni ilin avqust ayında İranla qonşu Fərəh əyalətinin qubernatoru Məhəmməd Arif Şah Cehan “The New York Times”-a sərhəd bölgələrində “ən güclü Taliban”ın “İran Talibanı” olduğunu söyləyib.

Tehran-“Taliban” əməkdaşlığının başqa bir əlaməti 2016-cı ilin may ayında meydana çıxıb. ABŞ dronu Pakistanın cənub-şərqindəki Bəlucistan əyalətində səhra marşrutu üzrə hərəkət edən nəqliyyat vasitəsini hədəfə alıb. Öldürülən şəxsin pasportunda Pakistan vətəndaşı Vəli Məhəmmədin adı qeyd olunsa da, ABŞ və Əfqanıstn səlahiyyətliləri bu şəxsin “Taliban” lideri Molla Əxtər Mansur olduğunu təsdiqləyiblər. Pasportdan aydın olub ki, o, İrandan qayıdırmış, üstəlik, ən azı iki dəfə bu ölkəyə səyahət edib.

İslam Respublikasının “Taliban”la əlaqəsinin əsas katalizatoru İŞİD-in yüksəlməsi olub. İran üçün “Taliban” həm də azğın anti-İran qüvvələrinin şərqə yayılmasına maneə törətmək potensialıdır.

Tehran strateji vasitəçiliyi ilə “Taliban”ı köməkçi bir qol kimi qiymətləndirərkən, sünni qruplaşması da qonşu İranı oxşar məqsədlə görür.

Harun Nəcəfzadə, əfqan jurnalisti və Zalmay Xəlilzadın “The The Zalmay Khalilzad” kitabının fars dilinə tərcüməçisi deyib: “Bu mövsümi əlaqələr yalnız Əfqanıstanda amerikalılara qarşı mübarizə niyyəti güdür. Yəni əlaqələr nifrət-sevgi əlaqəsidir. İslam Respublikasında iranlı sünnilərə necə münasibət bəsləndiyini bilən “Taliban” əslində şiə İranı strateji müttəfiq olaraq tanımır”.

 

Müharibədən sonrakı hökumətdə “Taliban”?

 

ABŞ-“Taliban” sülh danışıqları və Tramp administrasiyasının Əfqanıstandan Amerika qoşunlarını çıxarması sürətlənərkən, Tehranın silahlı qrupla təmasları da son zamanlarda artıb. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu rabitəni rəsmən təsdiqləyib, ötən il dekabrın 26-da Kabilə birgünlük səfər zamanı Əfqanıstanın sabitləşməsi və sülh prosesində “regional ölkələrin fəal iştirakını” tələb edib. Şəmxaninin bu iddiaları yanvar ayında “Taliban” olmadan gələcək Əfqanıstan dövlətini “qeyri-mümkün” kimi təsvir edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Hindistanın NDTV kanalına açıqlaması qədər mübahisə doğurmayıb.

““Taliban” rol oynamadan Əfqanıstanın gələcəyi mümkün deyil, amma biz də inanırıq ki, “Taliban” dominant olmamalıdır və belə bir rolu oynamır”, – deyə Zərif bildirib.

Əfqanıstan prezidentinin administrasiyası Zərifi “Taliban sözçüsü” adlandıraraq sərt tənqid edib. “Əgər qonşu ölkə həll yollarını tapmaq üçün dialoqa inanırsa, niyə öz daxili siyasi problemlərini həll etmək üçün eyni üsuldan istifadə etmir? Əslində, Əfqanıstanda mövcud olan azadlıqlar iranlılar üçün model ola bilər”, – deyə Əşrəf Qaninin köməkçisi Şah Hüseyn Mürtəzəvi “Facebook” hesabında yazıb.

Buna baxmayaraq, bəzi əfqanlar Kabilin ümumən Tehrana qarşı “çox ehtiyatlı” siyasət yürütdüyünə inanırlar. Herat Universitetində jurnalistika professoru və Əfqanıstan Media Araşdırmaları İnstitutunun direktoru Feysəl Kərimi deyib: “Hökumət İranın hərəkətləri barədə səssizdir. Çünki ona maliyyə və siyasi dəstək lazımdır. Onlar Əfqanıstanın xarici siyasətində tarazlıq yaratmağa çalışır və İranın razı qalmasının Əfqanıstan maraqlarına xidmət edəcəklərini düşünürlər”.

İslam Respublikası həssas, bölünmüş Əfqanıstanda strateji tarazlıq axtarır. İranlı liderlər praqmatik tarazlığın İranın şərq qonşusu üzərində nəzarətini maksimum dərəcədə artıracağına inanır və bir tərəfdən, onun antişiə qalası, digər tərəfdən, ABŞ-ın siyasi-hərbi dayağına çevrilməsinə mane olurlar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *