vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
23:20 | 8 fevral 2019 | Cümə Məqaləyə 257 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qızğın iş gedir”

Polad Bülbüloğlu: “Neçə illər idi ki, bu körpünün arzusunda idik”

Gülşən RAUFQIZI

“Neçə illər idi ki bu körpünün tikilməsinin arzusunda idik”. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Samur çayı üzərində tikilməkdə olan körpüyə baxış zamanı bildirib. Səfir qeyd edib ki, bura illərdir problemli ərazi idi: “Bilirsiniz ki, burada həmişə böyük tıxaclar olurdu. Avtobuslar, avtomobillər saatlarla gözləyirdi, vətəndaşlar əziyyət çəkirdi. Şükürlər olsun ki, işlər başlayıb və yüksək səviyyədə davam etdirilir. Neçə illər idi ki, biz bu məsələni qaldırırdıq. Məsələ prezidentlər səviyyəsində daha sonra nazirlər səviyyəsində öz həllini tapdı”.

P.Bülbüloğlu problemin həll olunması səbəbindən sevincli olduğunu vurğulayıb: “Sevindirici haldır ki, problem həll olundu. Gördüyünüz kimi, qızğın iş gedir. Mən də azərbaycanlı səfir olaraq buna çox sevinirəm. Sevinirəm ki, ölkələr arasında əlaqələr daha da genişlənib”.

Qeyd edək ki, uzunluğu 325,3 m, eni 17, 3 metr olan körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Tikinti Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına aparılır. Körpü iki zolaqdan ibarət olacaq, seysmik davamlığı isə 9 bal təşkil edəcək. Körpü 5 aşırımlıdır, həmçinin layihə çərçivəsində piyadalar üçün eni 3,75 metr ola qapalı piyada keçidinin tikilişi zolağı nəzərdə tutulub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *