vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
18:44 | 15 fevral 2019 | Cümə Məqaləyə 1775 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-Çin anlaşdı

Neft qiyməti fontan vurdu

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp, etdiyi açıqlamada “Çinlə razılaşmaya daha yaxınıq” deyib. “Çinlə danışıqlar yaxşı gedir, razılığa gəlsək vergiləri qaldırmayacam. Çin ilə ticarət rejiminin müddətinin uzadılması ehtimalı da var” şəklində danışan Tramp, ““Brexit” prosesi yaşayan İngiltərə ilə ticarətimiz artacaq”, deyib.

* * *

Çin dövlətinin başçısı Si Cinpinq (Xi Jinping) də, ABŞ ilə ticarət danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib.

Cinpinq, iki ölkə arasındakı ticarət danışıqlarının gələn həftə Vaşinqtonda davam edəcəyini deyib.

Si, Çinin “Xinhua News Agency”ə verdiyi müsahibəsində, “İki tərəf arasındakı müzakirələrdə əhəmiyyətli irəliləyiş qeydə alınıb. Gələn həftə tərəflər Vaşinqtonda görüşəcəklər” deyib. O, hər iki tərəfə də fayda verəcək bir "qazan-qazan" müqaviləsinin olacağına ümid etdiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp ilə "yaxşı bir iş əlaqəsinə" çox yüksək qiymət verdiyini vurğulayan Si, onunla müxtəlif yollarla ünsiyyətdə qalmaq istədiyini vurğulayıb.

Si, “Biz ikitərəfli iqtisadi münaqişələri əməkdaşlıqla həll etmək və iki tərəfin də qəbul edə biləcəyi bir müqavilə istəyirik. Amma əməkdaşlığın da prinsipləri var”, - deyib.

Çin dövlətinin başçısının açıqlamasından sonra neft qiymətləri yüksəlib. “Brent” neftinin qiyməti 65 dolları da keçib.