vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
22:04 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 1740 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremldən asılı daha bir müştəri

Rusiya Afrika qitəsinin kleptokrartik rejimlərinə niyə maraq göstərir?

Əzim İBRAHİM, “Əl-Ərəbiyyə”

MÖVZU İLƏ ƏLAQƏLİ

Xartumda Ömər əl-Bəşir rejimi, keçən ilin sonunda ölkədə dəhşətli və pisləşən iqtisadi vəziyyətlə bağlı xalqın etirazları başlayandan, getdikcə daha kövrək görünür.

Bu, Fransada “sarı jiletlilər” kimi, yalnız dövlətdən narazılıq deyil. Etirazçılar, köhnə hökumət səlahiyyətliləri də daxil olmaqla, əhalinin geniş və fərqli qismini təmsil edirlər. Hərəkat ölkənin idarəçiliyini də üzərinə götürməyə qadirdir – bu, yaxınlaşan inqilabdır.

Bəzi yeniliklər Bəşirə gecə rahat yatmağa imkan verəcəkmi?

Kreml mövcud rejimə dəstək olmaq üçün sıraya durub. Media hesabatlarına görə, rusdilli muzdlular, ehtimal ki, “Wagner” qrupu və ya bənzəri, Sudan hökumətinə küçə etirazlarına yatırmaqda kömək edir.

Amma nə üçün Putin başqa bir vətəndaş müharibəsinə maraq göstərir?

Güman ki, Kreml bu münaqişənin tez həll olunacağını düşünür.

Rusiya artıq təhlükəli dərəcədə gərginləşir və Putin bunu bilməlidir. Yəqin ki, onun hesablamalarına görə, şübhəli aktivlər vasitəsilə sürətlə müdaxilə etmək, Xartumda rejimi gücləndirmək kifayətdir.

Üstəlik, əgər bu qambit uğur qazanarsa, Putin Rusiyanın Afrika işlərində rolunu yenidən bərpa edəcək. Bu, amerikalıların keçmişdə istehza etdiyi kimi, Rusiyanın qlobal güc mövqeyini bərpa etmə nostaljisi deyil.

Minerallarla zəngin “Afrika döyüşü”nü udmaqla, Kreml onların Qərb və Çinə ixracına nəzarət əldə edəcək.

Rusiya nüfuzunu Afrikaya yayarkən, başqa bir müharibə canisini dəstəkləməklə, öz beynəlxalq nüfuzuna zərbə vurur. Amma uğur halında, Afrikanın digər problemli rejimləri də Moskvaya maraq göstərəcək. Maliyyə böhranları yaşandığı bir vaxtda, Kreml qitədə həssas kleptokratik rejimlərin dəstəklənməsindən qazanc əldə edə bilər.

Bəşirin də başqa seçimi yoxdur. Cənubi Sudana separatçı müharibə zamanı onun hərbi cinayətləri və soyqırımına görə Beynəlxalq Məhkəmə tərəfindən axtarıldığı üçün evdən bayıra çıxa bilmir.

O, iqtidarı itirərsə, bu, sonudur. Məhz bu, onu Kremldən asılı müştəri edir. Rusiya isə bundan olduqca məmnundur.