vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
12:13 | 21 fevral 2019 | Cümə axşamı Məqaləyə 1438 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Münasibətlər buz kimidir

Erməni rəsmilərinin Vaşinqtona gözənilən səfər ləğv edildi, neçə vaxtdır görülən hazırlıq boşa çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a neçə vaxtdır hazırlıq görülən səfərini ləğv edib. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti XİN-dəki mənbəyə istinadən yazır.

Bildirilir ki, İrəvan bu səfərin üzərində çoxdandır işləyirdi və xeyli səy göstərmişdi. Lakin Ermənistanın Suriyaya hərbi missiya göndərməsi bütün işləri korlayıb.

“Mənbə deyir ki, bu məsələdə ABŞ prezidentin milli təhlükəsizlik müşaviri Con Boltonun baş nazir Nikol Paşinyanla yanvarın sonlarında baş tutmuş telefon danışığı əsas rol oynayıb. Bolton soruşub ki, Ermənistanın Suriyaya hərbi missiya göndərməsi barədə qərarı qətidirmi? Və buna müsbət cavab alıb”, - qəzet yazır.

Bildirilir ki, Ermənistan XİN bütün mümkün yollarla situasiyanı düzəltməyə və ABŞ dövlət katibi Mayk Pompeonun Mnatsakanyana dəvət göndərməsinə çalışır. Lakin bütün səylər boşa çıxır. “İstisna deyil ki, bu səfərin təşkili üçün erməni tərəfi lobbiçilərin xidmətindən istifadə etsin. Yeri gəlmişkən bizim Vaşinqtondakı səfirimizin də vəziyyəti yaxşı deyil”, - mənbə qeyd edib.

Xatırladaq ki, bu günlərdə erməni mənbələri baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ danışıqları üçün ABŞ-da görüşə biləcəklərini iddia etmişdi.