vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
CƏMİYYƏT  
18:03 | 22 aprel 2019 | Bazar ertəsi Məqaləyə 955 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sosial bumeranq effekti”

Köpüklü vətənpərvərliklə heç nə düzələn deyil

Elçin ALIOĞLU

Dil sərvətdir. Dilinə önəm verməyən, xor baxan məhvə məhkumdur. Tarixdə özü məhv olan, amma dili qalan etnoslar var. Çünki onlar qüdrətlərini dilləri ilə artırıblar. Fəqət, tarix özü olan, amma dili zəifləyən və ol səbəbdən məhvə gedən millətləri də görüb.

Onların zəifliyi dillərini aşağılıq saymaları olub.

İsrailin dövlət olmasında əsas səbəb ivritdir. İstənilən yəhudidən soruşun: dil “Yehuda övladı” üçün dini qədər önəmlidir, milləti birləşdirir, assimilyasiyadan qoruyur.

Bu səbəbdən Azərbaycanda dövlətin və millətin dili Azərbaycan dili olmalı - birmənalı.

Bu səbəbdən ölkəmizə istisnasız olaraq bütün vətəndaşlar dövlət dilini bilməlidir.

Rusdilli və ya qeyri-rusdilli - əsla fərq etməz.

Gələk problemin perigeyinə.

Rus dilində təhsil gərəkdirmi?

Bəli.

Azərbaycan dilində təhsilin keyfiyyəti çox aşağı səviyyədədir. Şagirdlər və məzunlar arasında fenomenal bilikli yavrularımız istisnalardır ki, qanunauyğunluğu təsdiqləyir.

Deməkdən və yazmaqdan usandım, amma eşidəsi adamlar hələ də eşitmirlər: Azərbaycanın əsas varidatı insan kapitalıdır.

Övladlarımızın təhsili nə qədər aşağı səviyyədə olarsa, biz o qədər pis yaşamağa məhkumuq.

Azərbaycanlılar niyə övladlarını rusdilli təhsilə yönəldirlər?

Keyfiyyətə görə.

Test imtahanlarında balların sayına aldanmayın. Yüksək bal əsla və əsla keyfiyyətli biliyi ehtiva edəsi amil sayıla bilməz.

Xarici ölkələrdə tələbələrlə tez-tez görüşməli oluram. Həsəd aparıram onların təhsil şəraitinə, universitetlərdə oturuşmuş sistemə, pedaqoq və tələbə münasibətlərinə.

Bizdə niyə olmamalıdır axı bu?

Ola bilər - bir şərtlə ki, Azərbaycan dilində linqvistlərin dedikləri "yenilənmə sabitliyi" olsun.

Yəni dil daim yenilənməli, amma sabit qalmalıdır. Yenilənmə neologizmlər hesabına olmalıdır.

Sözlərin yazılış qaydalarını dəyişmək kimi mənasız və marazmatik “novasiyalar” hesabına yox.

Baxın: son əsrdə əlifbamız neçə dəfə dəyişdi, sözlərin yazılış qaydaları neçə dəfə yeniləndi?! Milləti geriləməyə aparmaq üçün bundan ağır nə olasıdır ki...

Nəsillər arasında yaddaş bağları itir, övladlarımız babalarımızın yazdıqlarını oxuya bilmirlər.

Dil milli identikliyi, düşüncə və davranış tərzini, dünyagörüşü formalaşdırır.

Sosial şəbəkələrdə dostların yazılarına, paylaşımlarına baxıram. İlk baxışdan hamı Azərbaycan dilində yazır. Amma hərə bir cür, dilin təməl qaydalarından çox uzaq.

Dilimizin qədrini bilməsək, qədirsiz qalacağıq. Bunun üçün ilk əvvəl təhsilin səviyyəsi yüksəlməlidir - köpüklü vətənpərvərliklə heç nə düzələn deyil.

Övladını rus dilində təhsilə yollayan valideynləri də qınamayın: onlar adekvat olmayan Azərbaycan dilindəki təhsilin nə olduğunu görürlər.

“Estoniyada baxın nə etdilər”, “Ukraynada nə etdilər, baxın” yazan dostlara da cavabım çox sadədir: bəli, bir sıra postsovet ölkələrində rus dilinin dövriyyə arealı azaldılır, minimuma endirilir.

Fəqət, bu çıxış yolu deyil: inzibati yolla atılan addımların hamısı məğlubiyyətə məhkumdur. Elə həmin Estoniya, Latviya, Litva, Ukrayna, Gürcüstanda bütün qərarlara, proseslərə rəğmən, rus dilinin ünsiyyət intensivliyi azalmır ki, artır.

Baltikyanı ölkələrdə rusdilli yox, rus merlərin sayı da artır.

Səbəb yenə də linqvistikada “sosial bumeranq effekti” adlanan məqamdır.

Və son bir rusdilli kimi yazım: rusdilli olmaq normaldır. Millətinə xor baxmaq, rus dilində yazıb oxumağı az qala “ilahi lütf” saymaq, küçədə-bacada şikəst rus dilində danışıb “bakinets”lik və “aristokrat”lıq etmək çox pisdir.

Azərbaycan dili adekvat təhsil, intişar və modernlik dili olmalıdı.

Buna can atmalıyıq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *