vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
13:11 | 2 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 2196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“300 kiloqramı keçib”

Beynəlxalq Atom Enerjisi Agentliyindən İranın zənginləşdirilmiş uran ehtiyatları haqda açıqlama

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Atom Enerjisi Agentliyi iyulun 1-də bəyanat yayaraq İranın uran istehsalına qoyulan limiti keçməsindən xəbər verib.

Agentlik bildirib ki, 2015-ci ildə İranla Qərb arasında imzalanmış nüvə razılaşmasının şərtlərinə əsasən, İranın zənginləşdirilmiş uran ehtiyatları 300 kiloqramdan artıq olmamalıdır: “Lakin bizdə olan məlumatlara əsasən, İranın zənginləşdirilmiş uran ehtiyatı artıq 300 kiloqramı keçib” –deyə bəyanatda bildirilir.  

“Reuters” agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin bir sözçüsünə istinadən yaydığı xəbərdə bildirib ki, Yukio Amano İranın zənginləşdirilmiş uran ehtiyatına qoyulan limiti keçməsi barədə qurumun idarə heyətinə məlumat verib.

Həmin gün, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlamasında İranın zənginləşdirilmiş uran istehsalına qoyulan limiti keçdiyini təsdiq edib: “Məndə olan məlumata görə İran 300 kiloqram uran limitini keçib. Bu isə bizim sazişi pozmağımız demək deyil. Biz bunu əvvəllər də bildirmişdik. Nüvə sazişinə (“Bərcam”) görə, zənginləşdirilmiş uran ehtiyatlarını artırmaq İranın əsas hüquqlarından biridir”, –deyə Məhəmmədcavad Zərif əlavə edib.