vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
10:53 | 18 fevral 2022 | Cümə Məqaləyə 860 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nüvə təcrübəsi dərin qatlara enir

“İran Nətənzdə yeraltı nüvə obyektini genişləndirir”

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin “Yeruselim post” qəzeti İranın yeni nəsil sentrifuqaları köçürmək məqsədi ilə Nətənzdə yeni yeraltı atom elektrik stansiyasını genişləndirdiyini yazıb.

Qəzet və bunun baş tutacağı halda onu göydən hədəfə almağı çətin olacağını yazıb.

“Yeni mərkəz yerin dərinliklərində yerləşən Fərdo nüvə obyektinə bənzəyir. Ancaq yeni obyekt digərinə nisbətən yerin daha dərin qatlarında inşa edilir”, - deyə, İsrailin Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzinin başçısı David Ulbrayt “Yeruselim post” qəzetinə verdiyi açıqlamada bildirib.

Hesabatda Fərdo obyektinin dəniz səviyyəsindən 960 metr hündürlükdə yerləşən dağın altında tikildiyi halda, yeni obyektin dəniz səviyyəsindən 1608 metr yüksəklikdə yerləşən yüksəkliyin altında inşa edildiyi qeyd olunub.

Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzinin hesabatına görə, peyk görüntüləri İranın 2021-ci ilə qədər bölgədə genişmiqyaslı qazıntılar apardığını göstərsə də, yeni mərkəzin 2023-cü ilə qədər fəaliyyətə hazır olub-olmayacağını proqnozlaşdırmaq mümkün deyil.

İsrail rəsmiləri mərkəzin tikintisi başa çatdıqdan sonra Tehranın nüvə proqramı üzrə avadanlıq və texnikaların yarısını bura köçürəcəyini bildirirlər.