vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
DÜNYA  
10:47 | 21 fevral 2022 | Bazar ertəsi Məqaləyə 679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bütün elementlər masadadır”

Şolz: “İndi İran razılaşması üçün “həqiqət anı”dır”

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya kansleri Olaf Şolz şənbə günü deyib ki, İranın dünya qüdrətləri ilə 2015-ci ildə əldə etdiyi nüvə razılaşmasının xilas olub-olmadığını müəyyən etmək üçün “indi həqiqət məqamıdır” və İran rəhbərliyi seçim etməlidir.

İranın xarici işlər naziri, buna baxmayaraq, çeviklik nümayiş etdirməyin Qərb ölkələrindən asılı olduğunu və “top artıq onların meydançasındadır” deyib.

İrandan və sazişin qalan tərəfləri - İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin müzakirəçiləri Vyanada nüvə proqramını məhdudlaşdırmaq müqabilində İrana qarşı sanksiyaların yüngülləşdirilməsini təmin edən razılaşmanın həyatını bərpa etmək üçün çalışır.

ABŞ 2018-ci ildə o vaxtkı prezident Donald Trampın dövründə sazişdən çıxdığı üçün danışıqlarda dolayısı ilə iştirak edib.

Prezident Co Bayden müqaviləyə yenidən qoşulmaq istədiyini bildirib. Trampın dövründə ABŞ İrana qarşı ağır sanksiyaları bərpa edib.

Rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı və ya JCPOA kimi tanınan razılaşmanı pozaraq Tehran zənginləşdirdiyi və saxladığı uranın saflığını və miqdarını artırmaqla cavab verib.

Şolz illik Münhen Təhlükəsizlik Konfransı iştirakçılarına deyib ki, İranın nüvə müzakirələri son 10 ayda uzun bir yol keçib və “danışıqların yekunlaşması üçün bütün elementlər masadadır”.

Lakin o, həmçinin İranı zənginləşdirməni sürətləndirdiyinə və BMT Nüvə Agentliyinin müşahidəçiləri tərəfindən yoxlamaları məhdudlaşdırdığına görə tənqid edib.

“Bizim indi sanksiyaların ləğvini mümkün edən razılaşma əldə etmək imkanımız var”, Şolz bildirib.

Bir neçə saat sonra həmin Münhen konfransında çıxış edən İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian deyib ki, “qarşı tərəf lazımi siyasi qərarı versə, mümkün qədər ən tez zamanda yaxşı razılaşma əldə etməyə hazırıq”.

Əmirabdollahian razılığa gəlmək üçün “tələsirik” deyə israr edib. Lakin o, bərpa edilmiş razılaşmanın gələcəyi ilə bağlı ABŞ-dan təminat məsələsinin hələ də qalıcı olduğunu açıqlayıb.

“Biz heç vaxt razılaşmaya bu qədər yaxın olmamışıq. Məhz Qərb tərəfi öz təşəbbüslərini təqdim etməli və çeviklik nümayiş etdirməlidir... onlar indiyədək heç bir çeviklik nümayiş etdirməyiblər”, - deyə nazir bildirib.

İran indiyədək ABŞ-la birbaşa danışmaqdan imtina edib. Xarici işlər naziri təklif edib ki, birbaşa danışıqlar yalnız ABŞ-ın bəzi sanksiyaları aradan qaldıracağı və ya İranın xarici banklarda dondurulmuş bəzi aktivlərini sərbəst buraxacağı təqdirdə məna kəsb edə bilər.

İran uzun müddətdir ki, nüvə proqramının dinc xarakter daşıdığını israr edir. Lakin ölkənin 2015-ci il sazişindən irəli gələn öhdəliklərdən uzaqlaşması onun əzəl düşməni İsraili və dünya güclərini təşvişə salıb.

Tehran o vaxtdan bəri uranı 60 faizə qədər saflıqda zənginləşdirməyə başlayıb və atom bombası hazırlamaq üçün lazım olan 90 faizdən qısa texniki addım atıb və sazişdə icazə veriləndən daha təkmil sentrifuqalardan istifadə edib.