vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
15:23 | 21 fevral 2022 | Bazar ertəsi Məqaləyə 699 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lukaşenko Rusiyanın “qabığında”

Zaman onun müttəfiqdən çox vassal kimi davranmasına şahidlik edir

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın 19-da Kremlə təşrif buyuraraq rusiyalı həmkarı Vladimir Putinlə görüşdü. Prezidentlər Kremlin situasiya mərkəzində eyni masa arxasında əyləşərək Rusiyanın strateji çəkindirmə qüvvələrinin planlı təlimini izləyərkən Lukaşenko mimikalarına Kremlin artan qəzəbli maraqlarını həkk etdi. Bununla da Lukaşenko beynəlxalq masalarda Putinin yanında oturacağı mesajını verir.

Ancaq vəziyyəti daha dəqiq belə xarakterizə edə bilərik: Zaman Lukaşenkonun Rusiyanın müttəfiqindən çox vassalı kimi davranmasına şahidlik edir.

Ukrayna münaqişəsinin üzərinə benzin töküldüyü zamanda Belarusun Rusiya “qabığının” daha içərilərinə girir, “qabıqdan qidalanan” yeni tezisləri dilə gətirir.

Belarus Rusiyaya Avropaya açılan pəncərədə və Ukraynaya müdaxilə üçün strateji əhəmiyyət daşıyır, bunun vaciblik dərəcəsini artırmaq qarşıda duran məqsədlərdəndir.

Rusiyanın planlarında Belarusda hərbi baza yerləşdirmək niyyətinin olduğu ehtimalları getdikcə güclənir, Lukaşenkonun da Putinlə təlimləri izləməsi prosesə hazırlıq kimi qiymətləndirilə bilər.

Təlimi videoformatda izləyən Putin-Lukaşenko tandemi aerokosmik qüvvələrin, strateji raket qoşunlarının, dəniz donanmalarının atışlarına baxaraq Qərbə meydan oxuduqlarını göstəriblər.

Təlimlərdə atılan silahlar:

1. “Kinjal” və “Zirkon” hipersəs raketləri,

2. “Kalibr” qanadlı raketləri,

3. “İskəndər” raketi,

4. “YARS” qitələrarası ballistik raketi,

5. “Kareliya” strateji nüvə sualtı qayığından “Sineva” ballistik raketi buraxılıb.

Dördüncü bənd istisna olmaqla, digər bəndlərin hamısını Ukrayna ilə müharibə həddi kontekstində nəzərdən keçirə bilərik, bu silahlar NATO-nun Avropa cəbhəsinə ötürülən alovlu mesajdır.

“YARS” qitələrarası ballistik raket isə, adından da göründüyü kimi bir qitədən digər qitəyə atılmaq üçündür. 12000 kilometrdəki hədəfləri vurmağa qadir olan “YARS”ın Ukrayna böhranı fonunda atışı daha çox ABŞ-a təhdid yağdırmaq xarakteri daşıyır.

Hərçənd ki, NATO qüvvələrinin hərbi gücü Rusiyanı üstələyir, amma Moskvanın strateji nöqtələrdə möhkəmlənməsi Rusiyaya hərbi-strateji üstünlüklər verir.

Rusiyanı hərbi cəhətdən qürurlandıran digər səbəb onda analoqu olmayan qitələrarası ballistik raketlərin, atom sualtı gəmilərinin və hava hücumundan müdafiə sistemlərinin mövcudluğudur.

Ukrayna münaqişəsinin güc yolu ilə tənzimlənməsinə cəhdlər edilərkən belə təlimlər əsəb müharibəsini gərir və münasibətlərin rəngini daha da tündləşdirir.

Qarşılıqlı əzələ nümayişi davam edəcək, bundan sonra NATO-nun da təlim keçirəcəyini gözləmək olar.