vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
21:03 | 22 fevral 2022 | Çərşənbə axşamı Məqaləyə 619 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ankara Moskvanın qərarını “rədd edir”

Ərdoğan Putinin separatçıları tanımasını “qəbulolunmaz” adlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün Qvineya-Bissauya səfərini təxirə salaraq, NATO liderləri ilə virtual görüş üçün Afrikadan təcili olaraq vətəninə qayıdır. Görüşün fevralın 23-də keçiriləcəyini deyilir. NATO liderlərinin bu görüşdə Rusiyanın Ukraynanın iki separatçı bölgəsinin müstəqilliyini tanıması ilə bağlı yaranmış vəziyyəti müzakirə edəcəkləri xəbər verilir.

Türkiyə prezidenti fevralın 22-də Moskvanın bu addımını qətiyyətlə pisləyən və onu “qəbulolunmaz” adlandıran bəyanat verib: “Biz bu qərarı qeyri-məqbul hesab edirik. Biz tərəfləri sağlam düşüncə ilə və beynəlxalq qanuna uyğun hərəkət etməyə çağırırıq”.


Ankara “rədd edir”


“Hürriyyət” qəzetinin yazdığına görə Ərdoğan xatırladıb ki, Türkiyə XİN bu barədə artıq bəyanat verib. Onun sözlərinə görə bu bəyanatda deyilir ki, Rusiyanın Ukraynada iki separatçı bölgəni tanınması Minsk Razılaşmalarına ziddir və Ukraynanın siyasi birlik və ərazi bütövlüyünün pozulmasına yönəlib.

Bəyanatda deyilir ki, Ankara Moskvanın bu qərarını “rədd edir”. Ərdoğan xatırladıb ki, Türkiyə bu böhranın lap əvvəlindən tərəflərə səmimi bir şəkildə öz vasitəçilyini təklif etmişdi.


Türkiyənin öz tədbirləri var


Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurası iclasının keçirilməsinə münasibəti barədə suala cavab verərkən Ərdoğan Ankaranın bu tədbirə mütləq qatılacağını deyib: “Mən bu barədə artıq öz niyyətimi bildirmişəm. Bu, əslində elə belə olmalıdır. Cənab Zelenskinin təklifi pozitiv təklifdir”.

Türkiyə prezidenti bəyan edib ki, Qara dəniz ölkəsi olması bu məsələdə Türkiyənin üzərinə böyük məsuliyyət qoyur: “Biz eyni zamanda Qara dəniz ölkəsiyik. Biz Qara dəniz ölkəsi olduğumuza görə bir sıra önləyici tədbirlər paketi hazırlanmalıdır. Biz artıq bu tədbirləri görmüşük və bunu davam etdirəcəyik”.

Türkiyə 1936-cı il tarixli Montrö Konvensiyasına görə Qara dəniz boğazları üzərində müstəsna nəzarətə malikdir və hərbi gəmilər boğazlardan Türkiyənin razılığı ilə keçir.