vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SOSİAL  
18:56 | 8 aprel 2022 | Cümə Məqaləyə 864 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnflyasiyada dünya rekordu

Bahalanma bitki yağları, taxıl və ət məhsullarında bütün zamanların ən yüksək göstəricilərinə çatdı

Eldəniz ƏMİROV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bloomberg” yazır ki, qlobal ərzaq qiymətləri indeksi yarandığı tarixdən bəri özünün ən maksimuma çataraq tarixi rekord yaradıb.

Belə ki, 1990-cı ildə yaranan bu indeks 12,6 faiz artaraq 159,3 bəndə çatdı. Bu artım bitki yağları, taxıl və ət məhsulları indeksləri üçün bütün zamanların ən yüksək göstəriciləri oldu. Sonrakı yerlərdə şəkər və süd məhsulları gəlir.

FAO-nun (Food and Agriculture Organization – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) qiymət indeksləri mart ayında:

Taxıl Qiymətləri İndeksi 17,1 faiz aylıq artaraq 170,1 bənd təşkil etdi ( 1990-cı ildən bəri rekord).

Bitki Yağı Qiymətləri İndeksi aylıq 23,2 faiz artaraq 248,6 bəndlə yeni rekorda imza atıb. 

Ət Qiymətləri İndeksi aylıq 4,8 faiz artaraq 120,0 bənd təşkil edərək, bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Süd Məhsullarının Qiymətləri İndeksi aylıq 2,6 faiz artaraq, illik müqayisədə 23,6 faiz artaraq 145,2 bənd təşkil edib. Beləliklə, indeks ardıcıl yeddinci ay yüksəlişini davam etdirdi.

Şəkər Qiyməti İndeksi mart ayında əvvəlki 3 aylıq enişi başa vuraraq, aylıq 6,7 faiz artaraq 117,9 bənd təşkil edib. İllik artım 20 faiz təşkil edib

Qiymət artımları hər məhsula görə müxtəlif səbəblər olsa da, ümumi səbəblər də yetərincədir. Məsələn, xüsusi hallar kimi  Braziliya realının ABŞ dolları qarşısında möhkəmlənməsinin davam etməsi və aşağı gəlir səbəbindən ixracın məhdudlaşdırması şəkərin dünya qiymətlərindəki artıma səbəb olan amilləri göstərmək olar. Eləcə də qərbi Avropada donuzların artımının kəskin çatışmazlığı, qarşıdan gələn Pasxa bayramları səbəbindən daxili tələbatın kəskin artması 1995-ci ildən bəri ətin rekord səviyyədə artıran səbəblərdən biridir… Amma bir də var ki, ümumi səbəblər. Bura müharibədən əvvəlki inflyasiya tendensiyası, Qara dəniz regionundan gözlənilən ixrac itkisi və müharibə səbəbindən istehsal həcmlərinin kəskin azalmalarını aid etmək olar.