vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
09:58 | 15 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 764 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ən pisə hazırlaşın”

Milyarder Bezosdan bədbin proqnoz

MÖVZU İLƏ ƏLAQƏLİ

“Amazon”un qurucusu milyarder Ceff Bezos ABŞ-da tənəzzülün yaxınlaşdığı barədə xəbərdarlıq edib və qlobal iqtisadiyyatda tənəzzül baş verəcəyi təqdirdə bəşəriyyətə nağd pul yığmağı tövsiyə edib. Bu barədə milyarder CNN telekanalının efirində bildirib.

“İqtisadiyyat hazırda yaxşı görünmür. Bunu özünüz də görə bilərsiniz – iqtisadiyyatın bir çox sahələrində ixtisarlar baş verir”, – deyə o bildirib.

Bezos iqtisadi vəziyyətin pisləşməsi riskini nəzərə alaraq yeni televizorlar, soyuducular və avtomobillər kimi böyük alışların təxirə salınmasını tövsiyə edib.

O, kiçik biznes sahiblərinə yeni avadanlıqlara sərmayə qoymaq əvəzinə pul ehtiyatları yaratmaq barədə düşünməyi təklif edib: “Bacardığınız qədər çox risk düşünün. Ən yaxşısına ümid et, amma ən pisinə hazırlaşın”. (Report.az)