vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
17:08 | 13 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 1294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnflyasiya proqnozları üstələyib

ABŞ-da son 40 ilin ən yüksək səviyyəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da sentyabr ayı üzrə istehlak qiymətləri inflyasiyanın qalıcı olduğuna dair siqnallar verib. İllik inflyasiya 8,2 faiz təşkil edib və proqnozu üstələyib. Baza inflyasiyası son 40 ilin ən yüksək səviyyəsinə çatıb. Məlumatların açıqlanmasından dərhal sonra FED svopları noyabr ayında 75 bənd faiz artırılacağı gözləntisinin 100 faiz olduğunu göstərib.

Sentyabrda ABŞ-da illik inflyasiya 8,2 faiz olaraq qeydə alınıb. “Bloomberg”in sorğusuna qatılan 52 iqtisadçının orta proqnozu sentyabr ayında istehlak qiymətlərinin illik 8,1 faiz artacağı istiqamətində idi.

Avqustda ölkədə istehlak qiymətləri indeksi 8,3 faiz artmışdı. Aylıq müqayisədə qiymətlər 0,4 faiz artıb.

Enerji və qida xaric inflyasiya (baza inflyasiya) sentyabr ayında avqust ayı ilə müqayisədə 0,6% artıb. Beləliklə, baza aylıq inflyasiyası 1982-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. İllik baza inflyasiyası da 6,6 faiz olaraq qeydə alınıb. ABŞ-da inflyasiyanın aylıq 0,2 faiz artacağı gözlənildiyi halda, enerji və qida məhsulları xaric inflyasiyanın avqust ayındakı 6,3 faizdən daha sürətli olmaqla 6,5 faiz artacağı gözlənilirdi.

Məlumatların açıqlanmasından sonra FED svopları göstərib ki, noyabr ayında 75 bəndlik faiz artımı 100 faiz səviyyəsində qiymətləndirilib. Bazar faizin mart ayında 4,85 faiz çatacağını gözləyir.

“Bloomberg”in iqtisadçıları gözləniləndən daha yüksək olan inflyasiyanın dekabr ayında faizin artırılması tempinin 50 baza bəndinə enməsini çətinləşdirəcəyini bildiriblər.