vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BANK, BİRJA, SIĞORTA  
10:45 | 8 iyul 2022 | Cümə Məqaləyə 964 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avro dəyərsizləşir

Qoca qitənin valyutası son bir ildə 19 faiz ucuzlaşıb

Vüqar BAYRAMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Qlobal iqtisadi böhran riski daha da artmaqdadır. Bir tərəfdən, bir sıra inkişaf etmiş ölkələrdə COVİD-19 virusuna yoluxma sayında yenidən artımlar var, digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Avrozona daxil olmaqla əksər aparıcı dövlətlərinin iqtisadiyyatına təsirsiz ötüşmür.

Bu arada neft bazarı da qlobal risklərə reaksiyasız qalmır. “Qara qızıl” iyul ayı başladıqdan sonra 6 faizə yaxın dəyər itirib. Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır.

Avro da kəskin ucuzlaşmaqdadır. Ukraynada savaş başladıqdan sonra avro 10 faiz ucuzlaşıb. Son 1 ildə isə Avropa pulu 19 faizdən çox dəyər itirib. Göründüyü kimi, valyuta bazarlarında da qeyri-stabillik davam edir.

Qlobal iqtisadi tənəzzül və tərəddüdlər, o cümlədən bazarlardakı volatilik növbəti aylarda da davam edəcək. Rusiya-Ukrayna müharibəsinin uzanacağı halda qlobal böhran təhlükəsi daha da güclənəcək. Dünya heç də asan olmayan iqtisadi fazaya daxil olur.