Keçmiş kanslerinin ofisi əlindən alınır
“Putinin alman dostları” “Rosneft”dən gedirlər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
13 ildən sonra ilk
Gəlirlər artsa da büdcədə kəsir əmələ gəlib
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
Almaniyanın keçmiş kansleri Cerard Şröder və Şimal Axını 2 qaz kəmərinin əməliyyatçı şirkətinin direktoru, alman biznesmen Mattias Varniq Rusiyanın neft-qaz nəhəngi “Rosneft” dövlət korporasiyasının direktorlar şurasını tərk etdiklərini bəyan ediblər.
Şirkətin mətbuat üçün məlumatında deyilir ki, onlar “direktorlar şurasında vəzifələrinin davam etdirilməsinin mümkün olmadığını” bildiriblər.
“Rosneft” hər iki almana “dəyişməz dəstəkləri” üçün təşəkkürünü bildirib.
Şröder “Rosneft”in direktorlar şurasına 2007-ci ildən başçılıq edirdi. O Rusiyanın Ukraynaya əsasız və səbəbsiz hücumundan sonra da vəzifəsindən getməmişdi.
Onun bu hərəkəti Almaniyada və başqa ölkələrdə siyasətçilərin böyük hiddətinə səbəb olmuşdu.
Bugünlərdə Avropa Parlamenti Rusiyadakı vəzifəsindən imtina etmədiyi təqdirdə Şröderin sanksiya siyahısına daxil edilməsini tələb edən qətnamə qəbul etmişdi.
Şröder habelə formal olaraq Şimal Axını Nord Stream AG əməliyyatçı səhmdarlar şirkətinə başçılıq edir.
Həm Mattias Varniq, həm də Şröder Rusiya prezidenti Vladimir Putinin “böyük dostları” sayılırlar.
***
Rusiya ilə sıx əlaqələrinə görə tənqid olunan keçmiş Almaniya kansleri Cerard Şröderin Bundestaqdakı ofisinin əlindən alınmasına dair təklif irəli sürülüb.
Bundan başqa mayın 19-da Avropa Parlamentində Şröderə qarşı sanksiyaların irəli sürülməsinə çağırışlar edilib.
Almaniyanın siyasi dairələrindəki mənbələr DPA agentliyinə deyib ki, Şröderin parlamentdəki ofisinin ləğvi barədə qərarı Bundestaqın büdcə komissiyası qəbul edib.
Bütün bunlara baxmayaraq 78 yaşlı keçmiş kansler keçmiş dövlət başçılarına düşən pensiyanı almaqda və xüsusi mühafizəçilərin xidmətindən istifadə etməkdə davam edəcək.
Almaniya hökumətinə 1998-ci ildən 2005-ci ilədək rəhbərlik etmiş Şröder Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra xüsusilə kəskin tənqidlərə məruz qalır.
O kansler vəzifəsindən getdikdən sonra Rusiyanın “Gazprom” şirkətinin ŞimalAxını-2 layihəsində vəzifə tutub.
Bu da xəbər verilir ki, parlament komissiyasının qərarında Şröderin Rusiya şirkətləri ilə bağlılığı və ya onun prezident Vladimir Putinə yaxınlığı qeyd olunmur.
DPA agentliyinin mənbəyi bildirir ki, belə yanaşma müəyyən hüquqi mürəkkəbliklərlə bağlı ola bilər.
Mayın 19-da Avropa Parlamentində qəbul edilmiş qətnamədə deyilir ki, Rusiyanın Ukraynaya hücumu ilə bağlı sanksiyalar Rusiya şirkətlərində çalışan keçmiş Avropa siyasətçilərinə də şamil edilməlidir.
***
Avropa deputatları bu xüsusda bu yaxınlarda Rusiya şirkətlərindəki vəzifələrini tərk etmiş keçmiş Avstriya kansleri Volfqanq Şüsselin və Fransanın keçmiş baş naziri Fransua Filonun adlarını çəkiblər.
Avropa Parlamenti habelə Rusiyanın “Rosneft” şirkətinin direktorlar şurasına daxil olan Şröderi və Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslı vəzifələrindən istefa etməyə çağırıb.
Avropa Parlamentinin qəbul etdiyi qətnamədə deyilir: “Ukrayna xalqı ilə həmrəy olaraq qalırıq və bəyan edirik ki, Avropanın sərhədlərində müharibə Avropa üçün sosial və iqtisadi nəticələrə səbəb ola bilər. Tamamilə dərk edirik ki, demokratiya və azadlığın heç bir pul və sosial rahatlıq ekvivalenti yoxdur”.
Avropa Parlamentinin deputatları Avropa İttifaqının sanksiyalar siyahısının genişləndirilməsinə çağırıblar.
Hazırda Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı olan 6 minədək şəxsin adını qara siyahıya salıb.