vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
10:06 | 2 iyun 2022 | Cümə axşamı Məqaləyə 928 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Litva da “Bayraktar” alır

Sakinlərin topladığı pulla ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin Litvaya “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatları (PUA) satması ilə bağlı razılıq əldə olunub. Bu barədə Litvanın “Delfi” agentliyi məlumat yayıb.

Bildirilib ki, iki ölkənin nümayəndələri Ankarada bir araya gəliblər və Litvaya “Bayraktar TB2” zərbə PUA-ları satmağa icazə verən sənədi imzalayıblar.

Türkiyə silahlarının əldə edilməsinə dair niyyət protokolunu müdafiə nazirinin müavini Vilüs Semeşko və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir imzalayıblar.

Litva bu cür PUA-ları və digər avadanlıqları Rusiya işğalına qarşı mübarizə aparan və eyni zamanda pilotsuz sistem əldə etməyi nəzərdə tutan Ukraynaya vermək üçün “Laisves” televiziyasının təşəbbüsü çərçivəsində sakinlərin topladığı pulla alacaq.

“Biz saziş imzaladıq. Bu, siyasi səviyyədə gələcək satınalmalar üçün yaşıl işıq deməkdir”, - V.Semeşko bildirib.

Litvalı rəsmi bu gün həmçinin “Baykar Savunma” şirkətinin rəhbərliyi ilə görüşəcək.