vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
10:28 | 1 iyun 2022 | Çərşənbə Məqaləyə 624 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İran xalqının yanındayıq”

“Biz haqlı istəklərinizin eşidilməsi uğrunda apardığınız səyləri dəstəkləyirik”

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranda baş verən hadisələr və nüvə danışıqları ilə bağlı danışıb və İran hökumətinin danışıqların bərpası üçün əlavə tələblər irəli sürdüyünü deyib.

“Hələlik hesabat açıqlanmadığı üçün dəqiq nəsə demək tezdir. Biz Şuranın Baş Direktorun hesabatına cavab olaraq müvafiq tədbirlər görməsini təmin etmək üçün müttəfiqlər, tərəfdaşlar və Rəhbərlər Şurasının üzvləri ilə işləyirik”, – deyə Prays Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatı ilə bağlı bildirib.

O, İranda baş verən son etiraz aksiyalarına da münasibət bildirib və İran xalqının yanında olduqlarını deyib.

“Biz haqlı istəklərinizin eşidilməsi uğrunda apardığınız səyləri dəstəkləyir və yanınızdayıq”, – deyə, Dövlət Departamentinin sözçüsü qeyd edib.

Ned Prays İran hakimiyyətinə müraciət edərək etirazçıların dinc toplaşmaq və hüquqlarını tələb etmək haqqına hörmətlə yanaşmağı və onlara qarşı repressiyalara son qoymağı tələb edib.