vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
17:27 | 1 iyun 2022 | Çərşənbə Məqaləyə 959 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik”

İlham Əliyev: “Azərbaycanın potensialı “Şahdəniz”lə məhdudlaşmır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“2021-ci ildə Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib, bu il bu rəqəm 24 milyard kubmetr olacaq”. Bunu Prezident İlham Əliyev deyib.

“Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq”, – deyə dövlət başçısı iyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanın qaz potensialı yalnız “Şahdəniz”lə məhdudlaşmır.

“Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”, – deyə İ.Əliyev vurğulayıb.