vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
00:41 | 5 iyun 2022 | Bazar Məqaləyə 775 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xameneyi Qərbi hədələdi

“Yanlış hesablamalar ediblər”

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın ali ruhani lideri Ayətullah Əli Xameneyi şənbə günü, əsasən Birləşmiş Ştatlara istinadən təsvir etdiyi “düşməni” etirazlardan İslam respublikasını zəiflətmək üçün sui-istifadə etməkdə ittiham edib.

Son həftələrdə İranın bir neçə şəhərində artan yaşayış xərcləri və korrupsiyaya qarşı nümayişlər keçirilib.

“Bu gün düşmən İslam sisteminə zərbə vurmaq üçün xalq nümayişlərinə arxalanır”, – Xameneyi televiziyada yayımlanan çıxışında bildirib.

Mayın 23-də ölkənin cənub-qərbində yerləşən Abadan şəhərində tikilməkdə olan binanın çökməsinin 37 nəfərin ölümünə səbəb olmasından sonra ölkədə “səriştəsiz rəsmilərin” edam edilməsi tələbi ilə etirazlar keçirilib.

Xameneyi deyib ki, düşmən “insanları psixoloji yollarla, internet, pul və muzdluları səfərbər etmək vasitəsilə İslam respublikasına qarşı qaldırmağa ümid edir.”

O, Ayətullah Ruhullah Xomeyninin ölümünün ildönümündə onun türbəsində keçirilən mərasimdə izdiham önündə çıxış edib.

Xomeyni İslam respublikasını ABŞ-ın dəstəklədiyi şah hökumətinin 1979-cu ildə devrilməsindən sonra təsis edib.

“Amerikalılar və qərblilər keçmişdə müxtəlif məsələlərdə yanlış hesablamalar ediblər”, – Xameneyi deyib.

“Bu gün də onlar İran xalqını İslam respublikasına qarşı çıxaracaqlarını düşünmələri yanlış hesablamadır”.

Xameneyi Abadanda 10 mərtəbəli Metropol qülləsinin çökməsinə görə məsuliyyət daşıyan rəsmilərin cəzalandırıması üçün çağırışını təkrarlayıb.

Vilayətin ədliyyə orqanlarının məlumatına görə, mer və keçmiş iki mer daxil olmaqla 13 nəfər saxlanılıb.

İran Birləşmiş Ştatların 2018-ci ildə tətbiq etdiyi sanksiyaların təsirlərindən sarsılıb ki, Rusiyanın fevral ayında Ukraynaya hərbi müdaxiləsi nəticəsinə dünya boyu artan qiymətlər vəziyyəti daha da pisləşdirib.

İranda son illərdə yaşayış şəraiti ilə bağlı bir neçə etiraz dalğaları olub, xüsusilə də 2019-cu ildə yanacaq qiymətlərinin qabaqcadan elan olunmadan artması səbəbilə böyük etiraz aksiyaları keçirilib.

İran rəsmiləri etirazlarla bağlı zorakılıqlarda 230 nəfərin öldüyünü bildirib, ancaq Birləşmiş Millətlər Təşkilatının ekspertləri bu rəqəmin 400-ə yaxın olduğunu deyir.