vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ENERGETİKA  
11:28 | 7 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 1137 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkmənistan ixracatı 2 dəfə artırıb

Rusiya Azərbaycanı strateji bəyanatı pozmaqda günahlandırır

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqı Rusiya qazından tədricən imtinanın əvəzində Azərbaycan və Türkmənistan qazına ümidlidir və rəsmi Bakı köhnə qitəyə daha çox qaz ixracında maraqlıdır. Türkmənistanla Azərbaycan arasında qaz sazişi var. Keçən il İran, Azərbaycan və Türkmənistan hər il 1,5-2 milyard kubmetr türkmən qazının Azərbaycana svop tədarükü barədə razılaşma imzalamışdı. Aşqabad və Bakı bu əməkdaşlığı genişləndirməyə qərar veriblər. Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini indiki 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlib. İranın neft naziri Cavad Ovci Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşündə bu barədə saziş imzalanıb.

Hadisələrin bu istiqamətdə gedişatı Kremli narahat etməyə başlayıb. Rusiya mətbuatında belə yazılar yayımlanır ki, Azərbaycanın Avropa İttifaqına qaz ixracını artırması Bakının Moskva ilə imzaladığı strateji bəyanata ziddir. Rusiya mətbuatı bəyanatdakı iki dövlətin bir-birlərinin strateji və iqtisadi maraqlarını nəzərə alınması bəndinə istinad edirlər. Kremlin strateji marağı Rusiya qazından imtina edən Avropa dövlətlərini cəzalandırmaqdırsa, Azərbaycanın strateji marağı isə əksinə qaza ehtiyacı olan Avropa dövlətləri ilə yeni sazişlər imzalamaq və büdcə gəlirlərini artırmaqdır. Həqiqətən belə olan halda Rusiya və Azərbaycanın strateji maraqları üst-üstə düşmür və bu təbiidir. Rusiya mətbuatı ondan yazsın ki, “RİA Novosti” agentliyinin erməni separatçısından Azərbaycan əleyhinə müsahibə götürməsi necə, “strateji sazişə” uyğundur?