vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
13:11 | 12 iyun 2022 | Bazar Məqaləyə 799 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Uran görünməmiş sürətlə zənginləşdirilir”

“İran nüvə silahı əldə etməyə təhlükəli dərəcədə yaxındır”

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin baş naziri Qərbin ciddi tədbir görmədiyi təqdirdə İranın nüvə bombası əldə edəcəyi barədə xəbərdarlıq edib.

İsrailin baş naziri Naftali Bennet iyunun 11-də İranın nüvə silahı proqramını təhlükəli şəkildə təkmilləşdirdiyini və Qərbin buna qarşı çıxmayacağı təqdirdə Tehran hökumətinin tezliklə nüvə bombası əldə edəcəyi barədə xəbərdarlıq edib.

İsrailin baş naziri “Teleqraf” qəzetinə müsahibəsində Qərb ölkələrinin İranın nüvə gücünə çevrilməsi təhlükəsini duymağa başladıqlarına  işarə edərək, onları İrana təzyiqləri artırmağa çağırıb.

“İran uranı görünməmiş sürətlə zənginləşdirir və nüvə silahı əldə etməyə təhlükəli dərəcədə yaxındır”, –deyə bennet bildirib.