5+1 formatı
Vaşinqton və Pekin Mərkəzi Asiyada eyni taktikadan istifadə edirlər
“Atlas” Araşdırmalar Mərkəzi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Kopperfildə qarşı cinayət işi
Məşhur illüziyaçı 16 qadına təcavüz etməkdə ittiham olunur
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
Ay uğrunda qızğın mübarizə
Yaponiya Çini geridə qoya bilər
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
Mərkəzi Asiya uğrunda mübarizə genişlənir. Rusiya, Çin, Türkiyə, Avropa İttifaqı və ABŞ Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığa can atırlar. Mərkəzi Asiya vacib bölgə olmaqla yanaşı, zəngin qaynaqlar və nəqliyyat yolları deməkdir.
Vaşinqton Mərkəzi Asiya ölkələri ilə 5+1 formatında (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan + Amerika Birləşmiş Ştatları) əməkdaşlıq edir. ABŞ dövlət katibi və onun müşavirləri mütəmadi bölgəyə səfərlər edir və ya videoformat əsasında Mərkəzi Asiya ölkələrindəki həmkarlayla müxtəlif mövzuları müzakirə edirlər. Eyni üsuldan – 5+1 formatından Pekin də istifadə edir. Çinin xarici işlər naziri Van Yi bugünlərdə Qazaxıstana səfər edərək Mərkəzi Asiya ölkələrindəki həmkarlarıyla birgə konfrans keçirib. Mərkəzi Asiya ölkələrinin Çinlə sıx iqtisadi əlaqələri var. Bundan başqa Çin Mərkəzi Asiya ölkələrinin əsas ticarət tərəfdaşı və investorudur. Çin bunun qarşılığında Mərkəzi Asiya ölkələrindən ucuz neft və qaz alır.
Buna baxmayaraq, təhlükəsizlik sahəsində Çin Mərkəzi Asiya ölkələrinin təminatçısı rolunda çıxış etmir. Mərkəzi Asiya ölkələrinin hər birinin fərqli təhlükəsizlik problemləri var. Misal üçün Qazaxıstanda yanvar ayında çaxnaşmalar baş verəndə Pekin müdaxilə etmədi. Halbuki, Rusiya Qazaxıstana Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının hərbçilərini göndərmişdi.
Rusiya Mərkəzi Asiya ölkələrinə Çin qədər yatırım qoymayıb. Çin bu sahədə liderdir. Belə çıxır ki, Rusiya Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə cavabdeh olarkən, Çinin bu ölkələrdəki investisiyalarını da qorumuş olur. Bu Çinin işinə yarayır. Pekin Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə maliyyə xərcləmədən Rusiyanın hesabına bölgədəki yatırımlarını qorumuş olur. Digər tərəfdən Mərkəzi Asiya ölkələrinin vətəndaşları işləmək üçün Çinə deyil, Rusiyaya üz tuturlar. Çinin özünün işçi qüvvəsinin ixracına ehtiyacı var.
Çin Mərkəzi Asiya ölkələrinin nəqliyyat imkanlarından istifadə edərək Avropaya mal ixrac edir. Əvvəlki Rusiya yolu Ukrayna müharibəsinə görə Çin üçün o qədər də əlverişli deyil. Avropanın Rusiyaya qarşı sərt sanksiyaları Rusiyanın tranzit ölkə statusunu zəiflədib. Rusiya və Çin strateji tərəfdaş sayılsalar da, Mərkəzi Asiyadakı maraqlarında fərqli çalarlar var. Mərkəzi Asiya ölkələri iqtisadi zəmində Çindən asılı vəziyyətə düşdükcə, bu Rusiyanın regional maraqları ilə üst-üstə düşmür.
Çinin uyğurlara qarşı zorakı siyasəti Mərkəzi Asiya ölkələrinin türk dövlətlərində narazılıqla qarşılanır. Doğrudur, türk dövlətləri Pekinlə münasibətləri gərginləşdirməmək üçün bunu açıq səsləndirmirlər, ancaq türklər olan uyğurlara qarşı zülm Mərkəzi Asiya ölkələrinin cəmiyyətlərində neqativ qarşılanır. Buna rəğmən, Pekinin uyğur siyasəti müsbətə doğru dəyişmir. Çinin Mərkəzi Asiyadakı layihələrində çinli işçi sayını artırması da bölgə ölkələrinin cəmiyyətlərinin xoşuna gəlmir.