vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
17:23 | 14 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 1114 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qarabatdağ”dan heç nə çıxmadı

Xəzərdə “SWAP” kəşfiyyat layihəsi başa çatdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəzərin Azərbaycan sektorunda SWAP layihəsi (Shallow Water Absheron Peninsula) çərçivəsində Abşeron yarımadasının dayazsulu hissəsində qazılmış üçüncü kəşfiyyat quyusunda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmayıb.

“Müqavilə sahəsinin cənub-şərq perspektiv hissəsində qazılmış “Qarabatdağ” geoloji-kəşfiyyat quyusu (QBDX01) 25 may 2022-ci il tarixində bağlanıb. Quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmayıb”, – deyə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan”a bildirilib.

“Qarabatdağ” geoloji-kəşfiyyat quyusu SWAP layihəsinin kəşfiyyat qazma proqramı üçün planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsi olub.

“QBDX01 kəşfiyyat quyusu sahildən 7 km aralı suyun dərinliyi 6 metrə çatan ərazidə qazılmışdı. Quyunun qazılmasına aprel ayının 4-də “Satti” özüqalxan qazma qurğusu vasitəsilə başlanmışdı və əsas quyunun ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılırdı. Əsas hədəfdə karbohidrogen ehtiyatları müşahidə olunmadığından qazma əməliyyatları 2 185 metr dərinlikdə dayandırılıb”, – deyə məlumatda qeyd olunur.

Daha əvvəl şirkət müqavilə sahəsinin şimal-şərq və qərb perspektiv sahələrində birinci və ikinci kəşfiyyat quyularının qazılması nəticəsində iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatlarının aşkarlanmadığı barədə məlumat vermişdi.

BP qazma işlərinin yekunları üzrə bu blokda neft ehtiyatlarının aşkarlanacağına ümid edirdi.

Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS BP və SOCAR arasında 2014-cü ilin dekabr ayında imzalanıb.

2016-cı ildə müqavilə sahəsində 3D seysmik tədqiqat proqramı həyata keçirilib. Proqramın nəticələrinə əsasən, üç perspektiv sahə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) ayrılıb. Bu sahələrdə suyun dərinliyi 40 metrə qədərdir.

2021-ci ilin avqust ayında Şimal Xali perspektiv sahəsində birinci, noyabr ayında ikinci, 2022-ci ilin aprel ayında isə üçüncü kəşfiyyat quyusunun qazılmasına başlanılıb.

Layihənin iştirakçıları BP (layihənin operatoru – 25 faiz), “LUKOIL” (25 faiz) və SOCAR-dır (50 faiz).