Raket zərbələri üçün kəşfiyyat məlumatları
Ukrayna hərbçiləri “HiMARS” və “MLRS” zenit raket qurğularının təlim proqramını yekunlaşdırır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiyanın şah damarına zərbə
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Kopperfildə qarşı cinayət işi
Məşhur illüziyaçı 16 qadına təcavüz etməkdə ittiham olunur
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
ABŞ Ukraynaya MLRS və ya reaktiv yaylım atəşi sistemi ilə raket zərbələrin endirilməsi üçün kəşfiyyat məlumatlarını ötürəcək. Bu barədə məlumatı iyunun 14-də Birləşmiş Ştatların Müdafiə Nazirliyi verib.
Pentaqonun verdiyi məlumata görə hazırda Ukrayna hərbçiləri HIMARS və MLRS zenit raket qurğularını işlədə bilmək üçün təlim proqramını başa çatdırmaqdadırlar. ABŞ etiraf edir ki, hələki Moskva Kiyevlə müqayisədə daha çox artilleriya və raketlərə malikdir.
Beləliklə Vaşinqton Kiyevi sözü gedən raketlərlə Rusiya hədəflərinin vurulması üçün zəruri olan məlumatla təmin edəcək. Nəzəri olaraq HIMARS və MLRS raketləri Rusiya ərazisindəki hədəfləri vura bilər.
Bununla belə ABŞ-la əldə olunmuş razılaşmaya görə Ukrayna Rusiyanın ərazisindəki mülki hədəfləri vurmayacağına zəmanət verib. ABŞ bildirib ki, Kiyevə veriləcək “HİMARS” sistemi raketlərinin vuruş məsafəsi 80 kilometrdən çox olmayacaq.
***
ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal bu barədə deyib: “Putinin məqsədi Ukraynanın bütün ərazisi olmasa da, əhəmiyyətli ərazisinin qəsb edilməsi olaraq qalır. Amma mən inanmıram ki, o bu məqsədlərinə nail olacaq”.
Kal etiraf edib ki, Rusiya qüvvələri Ukraynanın cənubunda irəliləyə bilib, amma bu irəliləyiş Ukrayna müdafiəsinin dərin yarılması sayıla bilməz.
Nazir müavinin sözlərinə görə Rusiya qüvvələri “orda və ya burda” taktiki uğurlar qazana bilər, amma ukraynalılar onları dəf edə biləcəklər: “Mən düşünmürəm ki, ruslar öz nəhəng məqsədlərinə çatacaqlar”.
Pentaqon rəhbərinin müavini xatırladıb ki, hazırda hər iki tərəf ağır itkilərə məruz qalır: “Ukraynalılar böyük itkilər verirlər, ruslar da böyük itkilər verirlər, amma cəbhə xətti dəyişmir”.
Kalın sözlərinə görə Pentaqon Rusiyanın artilleriya sarıdan kəmiyyət üstünlüyünə malik olmasına dair Kiyevin narahatlığını bölüşür: “Bu doğrudur ki, rusların artilleriya imkanları əhəmiyyətli dərəcədə üstündür”.
Nazir müavini deyib ki, Ukrayna uzun müddət sovet istehsalı artilleriya sistemlərindən asılı olub.
Onun sözlərinə məhz buna görə də Ukraynaya NATO ölkələrinin cəbbəxanasında olan artilleriya sistemlərinin verilməsi barədə qərar qəbul olunub.
***
Kolin Kal deyib ki, hazırda Ukrayna hərbçiləri “HİMARS” raket sistemi üzrə təlimi başa vurmaqdadırlar və bu sistemlər tezliklə Ukraynada döyüşə daxil olacaq.
Cənab Kal xatırladıb ki, yaxın həftələrdə ABŞ-ın milli müdafiə strategiyasının məxfi olmayan versiyası açıqlanacaq. Onun sözlərinə görə Rusiya bu sənəddə “kəskin təhlükə” ifadəsi ilə səciyyələndirilir. Kal izah edib ki, “kəskin” sözü təhlükənin “müvəqqəti”, amma “təcili və sərt” olduğunu əks etdirir.
ABŞ üçün hansı ölkənin – Rusiya, yoxsa Çinin ən çox təhlükə təşkil etdiyi barədə suala cavab verərkən nazir müavini deyib: “Çin Birləşmiş Ştatlara sistematik meydan oxumağa niyyəti və qabiliyyəti olan yeganə ölkədir. Həm də bu, təkcə indilik yox, yaxın gələcəkdə də belə olacaq”.