“Ukraynaya namizədlik “dərhal” verilməlidir”
“Putin sülh imzalanmasına meylli deyil və yalnız müharibə istəyir”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
2777 yaşlı şəhər
İtaliyanın paytaxtının yaranış günü qeyd olunub
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
Afrikada Fransa antipatiyası
Burkina Fasoda üç diplomat deportasiya edilib
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Yeni Kaledoniya və istilaçı Fransa
Kiçik tarixi, iqtisadi araşdırma
-
Hotelin altından 640 illik qala tapılıb
Xəndəklənmiş binada sikkələr, zinət əşyaları ilə yanaşı mebel də olub
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Le Pen qəyyumluğa götürüldü
Fransa ifrat sağçı partiyanın liderliyi atadan qızına ötürülüb
-
13 ildən sonra ilk
Gəlirlər artsa da büdcədə kəsir əmələ gəlib
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
Afrika ölkəsi Almaniyanı hədələdi
Botsvana prezidenti Berlinə 20 min fil göndərəcəklərini deyib
-
“Demokratiya təhlükədə”
Almaniya daxili kəşfiyyatının rəsmisi ifadə azadlığının qorxunc həddə çatdığını deyir
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
İyunun 16-da Ukrayna paytaxtı Kiyevə səfər edən Avropa İttifaqı liderləri – Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Mario Draqi və Rumıniya prezidenti Klaus İohannis Ukraynaya Aİ üzvlüyü üçün “dərhal” namizədlik statusu verilməsini dəstəkləyiblər.
Makron deyib ki, “bizim dördümüz də Aİ üzvlüyünə namizədlik statusunun dərhal verilməsinə tərəfdarıq”.
O əlavə edib ki, Fransa Ukraynanın silah təchizatını artıracaq.
Draqi bildirib ki, İtaliya Ukraynanı Avropa İttifaqının bir hissəsi kimi görmək istərdi.
İtaliya baş naziri Kiyevdə keçirilən mətbuat konfransında deyib ki, o Ukrayna ərazisində ehtimal olunan bütün hərbi cinayətlərin araşdırılmasını tamamilə dəstəkləyir.
Almaniya kansleri isə deyib ki, Berlin Ukraynanı zəruri olduqca dəstəkləyəcək.
Olaf Şolts bildirib ki, Almaniya indiyədək 800 min Ukrayna qaçqınını qəbul edib və Ukraynaya maliyyə və hərbi yardımlar verir.
Şolts vurğulayıb ki, Ukraynaya tam Aİ üzvlüyünün verilməsi üçün bu ölkədə demokratiya və qanunun aliliyi təmin olunmalıdır.
***
Görüş zamanı habelə Ukraynadan ərzaq məhsullarının ixracı məsələsi müzakirə olunub.
Hazırda Ukraynanın bütün dəniz limanları blokadaya alınıb.
İtaliyanın baş naziri deyib ki, limanların minalardan təmizlənməsi və gəmilərin çıxışı üçün iki həftədən də az vaxt qalır.
Makron Ukrayna taxılının limanlardan çıxışı məsələsinin müzakirəsi üçün Rusiya prezidenti ilə əlaqə kanalı yaradılmasını təklif edib.
Ukrayna prezidenti Vladimir Zelenski isə bəyan edib ki, Ukrayna ordusunun silahla təchizatı hazırda ən mühüm məsələdir.
Zelenski deyib ki, Putin sülh imzalanmasına meylli deyil və yalnız müharibə istəyir.
Ukrayna prezidentinin ofisi bildirib ki, görüş zamanı Aİ liderlərinə Rusiyaya qarşı yeni sanksiya təklifləri verilib və bu təkliflərə Rusiya qazına tam embarqo qoyulması da daxildir.
Kreml bundan əvvəl bildirmişdi ki, Moskva Aİ liderlərinin Kiyevə səfər zamanı yalnız Ukraynaya silahlar verilməsi məsələsini müzakirə etməyəcəklərinə, prezident Zelenskini “vəziyyətə realist gözlə baxmağa” sövq edəcəklərinə inanır.