vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
DÜNYA  
21:58 | 28 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 624 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə razılıq verdi

Üç ölkənin xarici işlər nazirləri memorandum imzalayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri iyunun 28-də memorandum imzalayıblar. “SkyNews” telekanalının verdiyi xəbərə görə bu memorandumla Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı iradını aradan qaldırıb.

Bu hadisə iyunun 28-də üç ölkə liderlərinin Madriddə keçirilən danışıqlarından sonra baş verib.

Finlandiya prezidenti Sauli Niinistonun bəyanatında deyilir: "Biz NATO-nun baş katibi Yens Stoltenberqin vasitəçiliyi ilə Türkiyə prezidenti Recep Tayyip Erdoğanla və İsveçin baş naziri Maqdalena Andersonla çox təfərrüatlı görüş keçirdik. Bu görüşün nəticəsində xarici işlər nazirlərimiz Türkiyənin Madrid sammitində Finlandiyanın və İsveçin NATO üzvlüyünə dəvəti dəstəkləyəcəyini təsdiqləyən memorandum imzaladılar”.

Belə bir razılaşmanın əldə olunduğunu Stoltenberq də təsdiqləyib. Bundan əvvəl Türkiyə prezidenti bildirmişdi ki, Finlandiya və İsveç Ankara qarşısında kürd yaraqlıları ilə bağlı öhdəlik götürməlidir.