vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
19:47 | 30 iyun 2022 | Cümə axşamı Məqaləyə 1158 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Haaqa separatçılarının həbsinə qərar verdi

Mindzayev, Quçmazov və David Sanokayev zorakılıqlarda ittiham olunur

MÖVZU İLƏ ƏLAQƏLİ

Haaqada mənzillənmiş Beynəlxalq Ədalət Məhkəməsi üç Cənubi Osetiya separatçısını 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsində hərbi cinayətlər törətməkdə şübhəli bilib və onların həbsinə order verib.

Məhkəmə iyunun 30-da Gürcüstanın Cənubi Osetiya regionunda separatçı hökumətə daxil olmuş general-leytenant Mixail Mindzayevin, Qamlet Quçmazovun və David Sanokayevin həbs olunmalarına qərar verib.

Məhkəmə qərarında deyilir ki, “bu üç şübhəlidən hər birinin müharibə cinayətləri üçün məsuliyyət daşıdıqlarına dair ağlabatan sübutlar” vardır: “Əsaslı şübhə vardır ki, milliyyətcə gürcü olan şəxslər Gürcüstanın bir hissəsi olan Cənubi Osetiyada həbs edilmiş, onlarla pis rəftar olunmuş və onlar Sxinvalidəki təcridxanada ağır şəraitdə saxlanmışlar. Bundan sonra Rusiya və Cənubi Osetiyanın de-fakto hökuməti bu adamlardan əsirlərin geri alınması üçün alış-veriş predmeti kimi istifadə etmişlər”.

Qərarda deyilir ki, saxlananlar əsirlərin dəyişdirilməsi nəticəsində sakini olduqları Cənubi Osetiyanı tərk etməyə məcbur olmuşlar.

***

Haaqa Məhkəməsi yüzlərlə insanın ölümünə və didərgin düşməsinə səbəb olmuş bu hadisə üzrə cinayət işini 2016-cı ildən aparırdı.

Ötən il Strasburqdakı İnsan Haqları Məhkəməsi hazırda faktiki olaraq Rusiyanın nəzarətində olan Cənubi Osetiyada “ağır insan haqları pozuntularına” yol verildiyi barədə hökm çıxarmışdı.

Mindzayev və Quçmazov Cənubi Osetiyanın ovaxtkı separatçı hökumətinin de-fakto Daxili İşlər Nazirliyində işləyirdilər, Sanokayev isə regionun de-fakto prezidentinin insan haqları üzrə nümayəndəsi idi.

Mindzayev və Quçmazova qarşı qanunsuz məhbusetmə, işgəncə, qeyri-insani rəftar, insan ləyaqətinə həqarət, girovgötürmə, habelə 2008-ci ilin 8 avqustunda başlanmış müharibə zamanı və ondan sonra mülkilərin qanunsuz transferi kimi ittihamlar irəli sürülüb.

Sanakoyev isə girovgötürmədə və mülkilərin qanunsuz transferində ittiham olunur.

Rusiya bu müharibədən dərhal sonra Gürcüstandan qopmuş Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıyıb və hər iki bölgədə indiyədək qoşun saxlayır.