vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
21:07 | 7 iyul 2022 | Cümə axşamı Məqaləyə 758 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Brent” kəskin ucuzlaşdı

Qara qızıl apreldən bəri ilk dəfə 100 dollardan aşağı düşdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya bazarında neftin qiyməti aprel ayının sonundan bəri ilk dəfə olaraq 100 dollardan az olub. Neftin qiymətində belə kəskin enişi ekspertlər resessiya ehtimalı və yanacağa tələbatın azalacağı ilə bağlı narahatlıqların artması ilə izah edirlər. İyulun 6-da “Brent” markasından olan neftin qiyməti 3 faiz düşərək 1 barrel üçün 99.61 dollar olub.

ABŞ neftinin qiyməti isə bir barrel üçün 98.53 dollara düşüb.

“The New York Times” yazır ki, ekspertlərin fikrincə ABŞ-da iqtisadiyyatın azalacağına dair ehtimallar doğrularsa, neftin qiyməti daha da düşə bilər. Qəzetin yazdığına görə qarşıdan gələn aylarda neftin qiymətlərini iki faktor diktə edəcək.

Bunlar gözlənilən resessiyanın ciddiliyi və Çində enerji daşıyıcılarına tələbatın azalmasıdır. Çində pandemiya ilə mübarizə üçün həyata keçirilən tədbirlərə görə iqtisadi fəallıq azalıb.

***

“Bloomberg” agentliyi yazır ki, Birləşmiş Ştatlar və müttəfiqləri Rusiyadan idxal olunan neftə 40-60 dollar arası qiymət həddi qoyulması tədbirinin müzakirəsini davam etdirirlər.

Bu tədbirdən məqsəd Rusiyanın neft gəlirlərinin azaldılması, eyni zaman Rusiya neftinin bazara çıxışının saxlanmasıdır.

Bu da qeyd olunur ki, bir sıra Qərb ölkələrinin Rusiya neftindən tamamilə imtina etməsi Rusiya neftinin Hindistan və Çinə ixracının kəskin artımına səbəb olub.

Rusiya bu ölkələrə nefti son dərəcə güzəştli qiymətlərlə satır.

ABŞ ümid edir ki, Rusiya neftinə qiymət həddi qoyulması ideyası Çin və Hindistanın ürəyincə olacaq və onlar bu addımı dəstəkləyəcəklər.

Yeni qaydaların nə vaxt qüvvəyə minəcəyi məlum deyil.

“Bloomberg” agentliyinin ekspertləri bildirirlər ki, bu mexanizmin həyata keçirilməsi bir çox maneələrlə üzləşə bilər.