vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:38 | 8 iyul 2022 | Cümə Məqaləyə 618 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ukrayna sizin ölkəniz deyil”

Lavrova suallardan yayınmaq üçün Blinkenin çıxışından qabaq zalı tərk edib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Dövlət katibi Entoni Blinken bu həftə İndoneziyanın Bali əyalətində Böyük iyirmiliyin (G-20) xarici işlər nazirləri ilə görüşür. XİN rəhbərlərinin gündəmindəki əsas mövzu Rusiyanın Ukraynanı işğalıdır.

İclasın ilk sessiyası başlamazdan əvvəl Blinken Transatlantik Dördlüyün xarici işlər nazirləri - Fransanın xarici işlər naziri Ketrin Kolonna, Almaniyanın xarici işlər naziri Annalena Berbok və Britaniya Baş katibinin ikinci müşaviri və siyasət üzrə direktoru Tim Barrou ilə görüşüb.

Dövlət Departamentinin sözçüsü Ned Prays cümə günü verdiyi açıqlamada nazirlərin Ukraynaya əlavə təhlükəsizlik və humanitar dəstək üçün birgə səylərin müzakirə edildiyini və Rusiyanın Ukrayna kənd təsərrüfatını qəsdən hədəfə alması nəticəsində yaranan qlobal ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin həlli yollarını nəzərdən keçirdiklərini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G-20 nazirlərinin cümə günü keçirdiyi iclasını iki dəfə tərk edib. Birinci dəfə Berbok sessiyada çoxtərəfliliyin gücləndirilməsinə dair çıxış edərkən, ikinci dəfə isə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın video bağlantı vasitəsi ilə ərzaq və enerji təhlükəsizliyi ilə bağlı çıxışından bir qədər əvvəl. Blinken danışan zaman da Lavrov otaqda olmayıb.

Blinken çıxışında birbaşa Rusiyaya müraciət edərək “Rusiyalı həmkarlarımıza - Ukrayna sizin ölkəniz deyil. Bu taxıl sizin taxılınız deyil. Niyə limanları bloklayırsınız? Siz taxılı buraxmalısınız” deyib.

Blinken ölkəsi gələn il G-20-yə ev sahibliyi edəcək Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla görüşdən sonra təşkilatın “dünyanın üzləşdiyi ən əhəmiyyətli problem və çağırışlardan bəzilərini kollektiv şəkildə həll etməyə çalışmaq üçün həyati bir qurum” olduğunu deyib.

Blinken bu problemlərin çoxunun Rusiyanın Ukraynaya qarşı müharibəsindən qaynaqlandığını və G-20 iştirakçılarının də oxşar narahatlıqları ifadə etdiyini deyib.

Blinken şənbə günü Çinin xarici işlər naziri Van Yi ilə ikitərəfli görüşlərdə iştirak edəcək.

ABŞ dövlət katibinin yardımçısı Daniel Kritenbrink ABŞ liderləri ilə Çin diplomatları arasında görüşlərin gündəliyində iqlim dəyişikliyi, qlobal sağlamlıq, narkotiklərlə mübarizə və Myanmadakı vəziyyətlə bağlı mümkün əməkdaşlıq məsələlərinin olacağını bildirib.