vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
14:08 | 12 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 673 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-Yaponiya nazirləri görüşür

“Birlikdə işləməsi hər zamankından daha vacibdir”

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın maliyyə naziri Canet Yellen və yaponiyalı həmkarı Suniçi Suzuki çərşənbə axşamı Ukraynada müharibə və azad ticarətdən tutmuş davamlı enerji və ərzaq təhlükəsizliyinə qədər bir sıra məsələlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Yellen bu həftənin sonunda İndoneziyanın Bali adasında Böyük iyirmilər qrupu (G-20) ölkələrinin maliyyə nazirlərinin görüşündən əvvəl danışıqlar aparmaq üçün çərşənbə axşamı Tokioya səfər edib.

Suzuki ilə görüşünə başlamazdan əvvəl o, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı təsirli sanksiyaların vacibliyini vurğulayıb və Yaponiya və digər ölkələrin Moskvanın hərbi cəhətdən maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq üçün Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılmasını dəstəkləyəcəklərinə ümid etdiyini bildirib.

“Hökumətlərimiz milli maraqlarımıza, eləcə də qlobal sabitliyə və rifaha təsir edən bir çox aktual prioritet məsələlərdə ümumi fikir və maraqları bölüşür. Birgə işlədikcə hər birimiz daha effektiv oluruq”, – deyə o bildirib.

Suzuki Yelleni salamlayaraq deyib ki, “beynəlxalq ictimaiyyətin bu qədər problemlə üzləşdiyi bu vaxtda Yaponiya və ABŞ-ın birlikdə işləməsi hər zamankından daha vacibdir”.