0.9-1.6 milyon insan zorakılığa məruz qalıb
ABŞ dövlət katibi Rusiyanı hərbi cinayətləri dayandırmağa çağırdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynanın işğal olunmuş əraziərindən yüzlərlə ukraynalını zorla Rusiyaya deportasiya etməkdə günahlandırıb.
Blinken bildirib ki, 900 mindən 1.6 milyonadək ukraynalı saxlanıb, həbs edilib və öz evlərindən zorla Rusiyanın Uzaq Şərqindəki filtrasiya düşərgələri də daxil müxtəlif yerlərinə sürgün olunub.
Dövlət katibi vurğulayıb ki, deportasiya olunanların 260 mini uşaqlardır.
Blinken iyulun 13-də verdiyi bəyanatda Rusiyadan Cenevrə Konvensiyasını pozan bu hərəkətlərini dayandırmasını tələb edib:
“Adamların qanunsuz köçürülməsi və deportasiyası mülkilərin hüquqlarına dair Dördüncü Cenevrə Konvensiyasının pozulmasıdır və hərbi cinayətdir”.
Xəbər verilir ki, “filtrasiya” əməliyyatları zamanı ailə üzvləri bir-birlərindən ayrılır, onların Ukrayna pasportları müsadirə edilir və onlara zorla Rusiya pasportları verilir.
Blinken bəyan edib ki, belə görünür, Rusiya Ukraynanın bir sıra ərazilərində demoqrafik tərkibi dəyişməyə çalışır.
***
Blinken bildirib ki, Moskva “filtrasiya” prosesi ilə Rusiya üçün təhlükəli sayılan, əsasən Ukrayna hərbiyyəsi, hökuməti və mediası ilə bağlı olan insanları müəyyənləşdirir.
Dövlət katibi habelə bu prosesdən yaxa qurtara bilmiş şahidlərin ifadələrindən danışıb. O deyib ki, minlərlə ukraynalı işğal olunmuş Donetskdəki əsir düşərgələrində saxlanır.
Bəzi məlumatlara görə filtrasiyadan keçməyən bəziləri qanunsuz şəkildə edam edilir.
Qeyd olunur ki, belə görünür, Rusiya “filtrasiya” proqramını əvvəlcədən hazırlayıb və Moskva buna bənzər əməliyyatları vaxtilə Çeçenistan müharibəsi zamanı da tətbiq edib:
“Məhz buna görə də biz Ukraynanın və beynəlxalq qurumların bu vəhşiliklər barədə məlumatları və sübutların toplmasını, sənədləşdirib saxlamasını dəstəkləyirik”.
Blinkenin bu çıxışı iyulun 14-də Haaqada keçiriləcək “Ukraynada Cavabdehlik Konfransının” ərəfəsində səslənib.
Sözü gedən tədbirdə Ukraynada törədildiyi iddia edilən hərbi cibnayətlər müzakirə olunacaq.