İstanbulda nəyə razılaşdılar?
Türkiyə və BMT-nin başçılığı ilə həftələrlə davam edən diplomatiyada konkret ciddi irəliləyiş əldə olunub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
Ukrayna, Rusiya, Türkiyə və BMT rəsmiləri Ukrayna taxılının Qara dəniz üzərindən ixracının bərpa edilməsinin əsas aspektləri barədə razılığa gəliblər. “The Wall Street Journal” (“WSJ”) Türkiyə Müdafiə Nazirliyinə istinadən yazır ki, iyulun 13-də İstanbulda keçirilən danışıqlarda tərəflər bu şəhərdə koordinasiya mərkəzinin yaradılması barədə razılığa gəliblər.
Bu mərkəzdə sözü gedən ölkələrin və BMT-nin nümayəndələri Ukrayna limanlarından taxıl daşıyan gəmiləri monitorinq edəcəklər.
Qəzet yazır ki, beləliklə Ukraynanın limanlarda ilişib qalmış milyonlarla ton taxılının dünya bazarlarına ixracı üçün Türkiyə və BMT-nin başçılığı ilə həftələrlə davam edən diplomatiyada konkret ciddi irəliləyiş əldə olunub.
BMT-nin baş katibi Antonio Quterreş danışıqlardan sonra Nyu-Yorkda jurnalistlərə deyib ki, “qlobal dünyanın qaranlıq etdiyi dünyada nəhayət ümid işığı görünür”.
Rəsmilər bildirirlər ki, danışıqlarda taxılın Ukrayna limanlarından daşınmasının geniş parametrləri barədə razılaşma əldə olunsa da, bu razılaşma hələ Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənməlidir.
Rəsmilər inanırlar ki, bu, gələn həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehranda Putinlə görüşü zamanı baş verə bilər.
***
“The Wall Street Journal” yazır ki, ilkin razılaşmaya görə taxıl gəmiləri Ukraynanın üç Qara dəniz portundan Ukrayna gəmilərinin müşayiəti ilə çıxacaq.
Bu da qeyd olunur ki, bu məqsədlə bu coğrafiyada atəşkəs elan olunacaq və farvaterlər qismən minalardan təmizlənəcək.
Rusiyanın narahatlığı ilə bağlı Ukrayna limanlarına gələn boş gəmilər Türkiyə hərbçiləri tərəfindən yoxlanacaq. Onlar bu gəmilərdə Ukraynaya silah gətirilmədiyinə əmin olmalıdırlar.
Daşımaların təhlükəsizlik rejiminin monitorinqi üçün İstanbulda BMT-nin müşahidə mərkəzi yaradılacaq.
Danışıqlarla yaxından tanış olan mənbə qəzetə deyib ki, texniki çətinliklərdən biri də portların minalardan təmizlənməsi ilə bağlıdır.
Rəsmi bildirib ki, indi ən mühümü Putinin razılığıdır.
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba iyulun 13-də İspaniyanın El Pais qəzetinə demişdi ki, Ukrayna və Rusiya “taxıl dəhlizlərinin” açılması məsələsində razılaşmadan “iki addım” aralıdırlar.
***
Bundan əvvəl Ukrayna taxılının limanlardan daşınması ona görə mümkün olmurdu ki, Rusiyanın dənizdən hücum edə biləcəyindən narahat olan Kiyev sahili minalardan təmizləmək istəmirdi.
Hazırda Ukrayna tərəfi zərərsizləşdiriləcək hər hansı minalar üçün Rusiyanın hücum etməmək barədə qarantiyalarını tələb edir.
İstanbulda mənzillənmiş dənizçilik eksperti Yoruk Işık deyib ki, dəhlizlərin açılması üçün minaların təmizlənməsinə azı iki həftə vaxt olacaq.
Ekspertin sözlərinə görə Ukraynanın narahatlığının aradan qaldırılmasının yollarından biri də Odessa sahillərində NATO-ya daxil Türkiyə və ya Rumıniya hərbi gəmilərinin dayanmasıdır.
Bundan başqa Türkiyə kommersiya gəmilərinin Qara dənizdə təhlükəsiz naviqasiyasına nəzarət üçün əməliyyat mərkəzinin yaradılmasını təklif edib.
Müharibədən əvvəl Ukrayna taxılının 95 faizi gəmilərlə daşınırdı. Hazırda Rusiya Ukrayna limanlarını blokadada saxlayır. Ukrayna indilik taxılın az həcmlərlə dəmir yolu ilə Avropaya daşınmasını təşkil edib.
Bu arada taxılın dünya bazarındakı qiymətləri də düşməyə başlayıb.