“Putin İrandan silah istəməyə məcbur olub”
“Tehrana səfər Rusiyanın təcrid olunmasının əlamətidir”
CAVİDAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Milyarderin edam hökmü ləğv edilib
Babək Zəncaninin əfv fərmanını Xamenei təsdiqləyib
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Təcavüz etdikdən sonra öldürüblər
Meyiti 9 gün sonra morqda tapılan qızın dəhşətli sonu
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Tehran Əsədi məcbur edir
Qonşu ölkələr tərəfindən rədd edilən rejim “qardaş”ının tələbinə boyun əyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
İranda timsah həyəcanı
Sel nəticəsində 8 nəfərin ölümü təsdiqlənib
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
“Haşdi Şabi”ni kim vurub?
Partlayış səsləri bu dəfə İraqdan gəldi
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Rusiya prezidentinin İrana səfəri barədə açıqlama verib.
Rusiya prezidentinin İrana səfərini şərh edən Kirbi deyib ki, Vladimir Putinin İrana səfəri Ukraynaya hərbi hücumdan sonra Rusiyanın təcrid vəziyyətində olduğunu göstərir.
“Bu səfərlə bağlı üç fikrim var. Birincisi, bu, Putinin və yardım üçün İrana üz tutmaq məcburiyyətində qalan Rusiyanın təcridinin miqyasını göstərir.
İkinci, Rusiya müdafiə sənayesi çətinliklərlə üzləşir və Ukraynadakı müharibənin tələbatını ödəyə bilmir. Digər məqam isə ondan ibarətdir ki, bu səfər Putinin Ukraynadakı müharibəni bitirmək niyyətində olmadığını və Zelenski ilə razılığa gəlmək üçün xoş niyyətlə danışıqlara başlamaq istəmədiyini göstərir”, –deyə Con Kirbi bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü ukraynalıları öldürmək üçün Vladimir Putinin İrandan pilotsuz təyyarə almaq istədiyini qeyd edib.
Qeyd edək ki, iyulun 19-da Tehrana çatan Rusiya prezidentini Mehrabad hava limanında İranın neft naziri Cavad Oci qarşılayıb, sonra o, İran prezidenti, daha sonra isə İranın rəhbəri ilə görüşüb.
Bu, Vladimir Putinlə İranın ali rəhbəri Əli Xameneyi arasında baş tutan beşinci görüşdür.