vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
09:47 | 21 iyul 2022 | Cümə axşamı Məqaləyə 831 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanı qorxu bürüyüb

Helsinki Komissiyası işğalçı ölkənin parçalanmasını müzakirə edir

X.CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Çeçenistanın başçısı Ramzan Kadırov hava hücumundan müdafiə sistemi əldə etmək arzusunda olduğunu bildirib. Ramzan Kadırov Telegram kanalında yazır: “Rusiyanın cənub sərhədlərində, Çeçenistan Respublikasının dağlarında hava hücumundan müdafiə sistemlərinə həmişəkindən daha çox tələbat var”. Kadırovun bu açıqlaması gündəmə bomba kimi düşüb. Hava hücumundan müdafiə vasitələri ilə Kadırovun kimdən müdafiə olunacağı geniş müzakirə olunur.

Moskva isə artıq Sibir istiqamətində hava hücumundan müdafiə qüvvələrini gücləndirmək qərarı verib. 2022-ci ilin sonuna qədər təkmilləşdirilmiş S-300 “Favorit” sistemləri Sibir hava hücumundan müdafiə bölməsinə təhvil veriləcək. Rusiyanın bu bölgədə hava hücumundan müdafiə qüvvələrini nə üçün gücləndirdiyi məlum deyil. Rusiyalı hərbi ekspertlər Qazaxıstanın Rusiyanı arxadan vuracağı ehtimalının olmadığını bildirsələr də, ehtiyat tədbirləri görməyi məqsədə uyğun hesab edirlər. 

Rusiyanın işğal etdiyi Krımda da vəziyyət sürətlə pisləşir. Rusiyanın təbliğat maşını Krım tatarlarını terrorçu elan etməyə başlayıb: “Krım tatarları terrorçudur, çünki onların 80 faizi Hizb-ut-Təhrir-i dəstəkləyir”. Son günlər Krımda dirəklərə gizlin şəkildə Krım tatarlarının milli bayraqlarının asılması müşahidə olunur. Moskva Krımda baş verənləri narahatlıqla izləyir və milli müstəvidə münaqişə çıxacağından qorxur. 

Belə bir vəziyyətdə Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibanın Rusiyadan istədiyi 5 milyard dolları almayacağı halda Tacikistana, daha sonra Rusiyaya hücum edəcəyi iddiaları yayılır. 

ABŞ ukraynalı pilotların “F-15” və “F-16” qırıcı təyyarələrinin idarə olunmasını öyrənmələri üçün 100 milyon dollar ayırır. 

ABŞ-ın Helsinki Komissiyası isə Rusiyanın parçalanmasını müzakirə edir.

Rusiya müxalifəti isə həyəcan təbili çalır ki, Ukraynadakı müharibənin davam etdirilməsi  Rusiyanın istənilən qüvvə qarşısında müdafiəsiz duruma düşməsinə səbəb olacaq.