vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
16:38 | 22 iyul 2022 | Cümə Məqaləyə 930 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Keyfiyyətsiz alternativlər

Ermənilərin müxalifətə qoşulmaması Paşinyana dəstək verməsi demək deyil

ELXAN

Ermənistanın baş naziri Nikol Paşiyan parlamentdə “Qarabağla bağlı tələbimizi azaltmalıyıq” fikrini səsləndirdikdən sonra müxalifət davamlı mitinqlərə başladı. May ayından başlanan gündəlik mitinqlər, küçə yürüşləri, nazirliklərin mühasirəyə alınması iki ay çəkdi. Buna baxmayaraq, etiraz nəticə vermədi, satqın adlandırdıqları Nikol Paşinyan yerindədir və özünə arxayındır. Paşinyan Qarabağ separatçılarını Rusiya hərbçilərinə həvalə edib, Türkiyə ilə dialoqunu davam etdirir, Brüsselin vasitəçiliyini qəbul edib və s. Müxalifət bunlara etiraz etsə də, durumu dəyişmək iqtidarında deyil.

Erməni ekspertlər müxalifətin iki aydan çox davam edən etirazının nəticə verməməsinin səbəblərini araşdırırlar. Gəldikləri qənaət budur ki, əhalinin böyük hissəsi etirazlara qoşulmağa və Paşinyanı devirməyə həvəsli deyil. Buna görə müxalifət küçəyə nəzərdə tutduğu qədər insan çıxara bilmədi. Bu o demək deyil ki, əhalinin böyük hissəsi Paşinyana dəstək verir, sadəcə əhali alternativin keyfiyyətinə inanmır. Ekspertlərin bir qismi etirazın nəticə verməməsini həm də onunla əsaslandırır ki, ümummilli məsələlər (Qarabağ və Türkiyə ilə dialoq nəzərdə tutulur) artıq əhalini maraqlandırmır. Narazı ermənilərin bir qismi mübarizənin nəyisə dəyişəcəyinə inamları olmadığına görə etiraza qoşulmaqdansa Ermənistanı tərk etməyə üstünlük verirlər. Kasıbları Rusiyaya, digərləri Avropa və ABŞ-a üz tuturlar.