vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
12:06 | 1 oktyabr 2022 | Şənbə Məqaləyə 1434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

4 zabit öldürülüb ...

30-dan artıq SEPAH-lı yaralanıb

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Zahidanda biri polkovnik olmaqla İran İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunlarının (SEPAH ) daha 3 üzvü öldürülüb. Bu barədə SEPAH məlumat yayıb.

SEPAH-ın Qüds Qərargahının ictimaiyyətlə əlaqələr bölməsinin yaydığı məlumata görə, sentyabrın 30-da Zahidanda daha 3 SEPAH zabiti öldürülüb.

Məlumatda polkovnik Seyid Həmidrza Haşimi, Məhəmmədəmin Azərşəkər və Məhəmmədəmin Arifinin müxaliflər tərəfindən öldürüldüyü bildirilib.

Bununla yanaşı daha 32 SEPAH zabiti və üzvünün müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd olunub.

Xatırladaq ki, eyni gündə İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin komandiri polkovnik Seyid Əli Musəvi də silahlı qarşıdurmada həlak olub.